NIPA-30

Regionda Azərbaycan ABŞ üçün önəmli dövlətdir – Deputat

“Noyabrın 6-da Vaşinqtonda “C5+1” formatında Mərkəzi Asiya dövlət başçıları ilə ABŞ prezidenti Donald Trampın birgə düzənlədiyi tədbir keçirildi. Həmin tədbirdə Azərbaycanın da bu prosesə qoşula biləcəyi ehtimalı gündəmə gətirilmişdi. Tramp bununla bağlı mövqe bildirdi, Azərbaycanın bu formata qoşulmasının gələcəkdə əlavə imkanlar yaradılması deməkdir deyə qeyd etdi. Eyni zamanda, Qazaxıstan və Özbəkistan dövlət başçıları da Azərbaycanın iştirakının iqtisadi, logistik imkanlar baxımından əhəmiyyətli olduğunu vurğulayırdılar”.

Bunu Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, Azərbaycanın bu formatda iştirakı həm iqtisadi, həm siyasi cəhətdən məntiqlidir:

“Çünki bütün yollar – Şərq, Qərb, Cənub, Şimal, eləcə də Orta Dəhliz, Zəngəzur dəhlizi hər biri Azərbaycanın ərazisindən keçir. Azərbaycan bu prosesdə çox əhəmiyyətli rol oynayır. Azərbaycanın bu formatda iştirakı əlavə dividentlər, iqtsiadi və logistik imkanlar deməkdir. Siyasi baxımdan da Azərbaycanın bu prosesdə iştirakı vacibdir. Ona görə ki, Cənubi Qafqazda Azərbaycan ABŞ üçün önəmli dövlətdir. Eyni zamanda, Azərbaycan Türk Dövlətləri Təşkilatında C5 ölkələrinin əksəriyyəti ilə təmas halındadır”.