NIPA-30

Deputat Arzuxan Əli-zadənin Sabunçu rayonunda növbəti vətəndaş qəbulu keçirildi

Bu gün, 14 dekabr 2025-ci il, deputat Arzuxan Əli-zadənin Bakı şəhəri, Sabunçu rayonu, Nikolay Baybakov küçəsi 258 ünvanında növbəti vətəndaş qəbulu keçirildi.

Qəbul zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən sosial, məişət və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qaldırılan problemlərin bir qismi yerindəcə həll olunub, araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydlər aparılıb. Vətəndaş qəbulları əhalinin problemlərinin öyrənilməsi və həllinə dəstək məqsədilə mütəmadi olaraq davam etdirilir.

Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz.