NIPA-30

Ramiz Mehdiyev ömürlük həbs oluna bilər

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işinin istintaqı davam etdirilir. “Mehdiyev işi” ilə bağlı daha bir neçə başqa şəxs cinayət məsuliyyətinə cəlb edilib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Azərbaycan Baş nazirinin birinci müavini Abbas Abbasovu buna misal göstərmək olar.

Ramiz Mehdiyev kifayət qədər ağır ittihamlarda suçlanır: Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri… Məhz bu səbəbdən 87 yaşlı akademikin ömürlük həbs olunma ehtimalı var.

Modern.az-a açıqlamasında Milli Məclisin hüquqşünas deputatı Arzuxan Əlizadə bildirib ki, Ramiz Mehdiyevə qarşı irəli sürən ittihamlar çox ciddi məsələlərdir:

“Hətta bu cinayətlərə görə ona ömürlük həbs də verilə bilər. Onun ətrafında olan şəxslərin də məsuliyyət dərəcələri müəyyənləşdiriləcək. Kimin hara qədər fəaliyyət göstərdiyi aydınlaşacaq və buna uyğun müvafiq maddələr üzrə hökm oxunacaq”.