NIPA-30

Türkiyə başda, Rusiya və İran sual altında: Azərbaycana dost olan və olmayanların SİYAHISI

Azərbaycanın çoxvektorlu xarici siyasəti nəticəsində dünya arenasında dostlarının sayı gündən-günə artır. Bununla yanaşı, Azərbaycana qarşı qeyri-dost, bəzən isə açıq düşmən mövqeyi sərgiləyən dövlətlər də mövcuddur.

Modern.az 2025-ci ildə Azərbaycana dost və qeyri-dost münasibət bəsləyən ölkələri müəyyənləşdirmək məqsədilə parlamentdə təmsil olunan partiya sədrləri, politoloqlar, jurnalistlər və sabiq diplomatlar arasında sorğu keçirib.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, dost ölkələr sırasında birinci yerdə Türkiyə dayanır:

“Türkiyədən sonra Pakistan və İsraili xüsusi qeyd etmək lazımdır. Qardaş türk dövlətləri də təbii ki, Azərbaycanın dostlarıdır. Qeyri-dost ölkələr sırasında isə bu il daha çox cənub və şimal qonşularımız – Rusiya və İran önə çıxır. Onlar açıq düşmən mövqe sərgiləməsələr də, dost da deyillər. Bununla belə, Azərbaycanın çoxvektorlu siyasəti nəticəsində dostlarının sayı artmaqda davam edir. 2025-ci ildə də Azərbaycan daha çox dost qazanan dövlət kimi gündəmə gəlib”.