NIPA-30

Dünyanın heç bir yerində belə layihə yoxdur -Prezident

Azərbaycanı turistlər üçün cəlb edən meyarlardan söz açan dövlətimizin başçısı, həmçinin qeyd edib ki, iki aydan sonra Şahdağda ilk dəfə Xizəksürmə üzrə dünya çempionatı olacaq.Dünya çempionatı Şahdağda ilk dəfə keçiriləcək. Ölkəmiz Beynəlxalq Xizək Federasiyasının təqviminə artıq daxil edilib.

Mövzu ilə bağlı deputat Arzuxan Əlizadə “İnformator. az” a açıqlamasında bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev verdiyi müsahibədə bir çox məqamlara toxunub:

“Bunlardan biri də Azərbaycanın turizm imkanlarının artırılmasi ilə bağlı dediyi fikirlərdir. Xüsusilə, Azərbaycan son illərdə bir çox tədbirlərə ev sahibliyi edir. Əvvəllər bu cür beynəlxalq tədbirlər Bakıda keçirilirdisə, bu gün regionlarda da keçirilir. İşgaldan azad olunan ərazilərmizdə də Xankəndində , Şuşada , Laçında və bir çox ərazilərimizdə tədbirlər keçirilir. Bu konteksdə təbii ki, Azərbaycanın beynəlxalq miqayasda nüfusunun artması göz önündədir. Bu tədbirləri keçirtmək imkanına malik olan dövlət olaraq gündəmdəyik. Bu tədbirlərdə iştirak edən dövlət başçıları və sıravi iştirakçılar tədbirlərin ən yüksək səviyyədə keçirilməsi ilə bağlı öz fikirlərin bildiriblər. Azərbaycan prezidenti dünən Şahdağda keçiriləcək beynəlxalq turnirdən bəhs edib. Qeyd edib ki, xizək sürmə üzrə dünya çempionatı keçiriləcək. Xizək yolunun uzunluğu ilə bağlı məlumatları bizimlə bölüşüb. Təbii ki, bu miqyasda beynəlxalq tədbirin keçirilməsi, növbəti dəfə Azərbaycanı diqqət mərkəzinə gətirəcək. Növbəti ildə də bu cür tədbirlərin keçirilməsi gözlənilir. Eyni zaman da Azərbaycanın turizm potensialı ilə bağlı olduqca dəyərli fikirlər bildirib. Biz çalışmalıyıq ki, bu turizm potensialından maksimum dərəcədə yararlanacıq. Azəbaycanın təbii şəraiti, iqlimi müxtəlif sahələr üzrə müxtəlif iqlim şəraitində yarada biləcəyi, gösdərə biləcəyi performans tursitlər üçün Azərbaycanı cəlbedici edir. Sadəcə olaraq, biz bu imkanlardan lazımi səviyyədə yararlanmalıyıq ki, Azərbaycanın həm dünyaya tanıdılması sahəsində uğurlarımızı genişləndirək, həm də turizm potensialı ilə iqtisadi imkanlarının da artırılmasına imkan yaradaq”.