NIPA-30

Deputatlar icra başçılarından razıdırlar, narazı?

Milli Məclisin deputatları öz seçicilərindən daxil olan şikayət və müraciətləri aidiyyəti dövlət qurumları, eləcə də yerli icra hakimiyyətləri qarşısında qaldırırlar. Bu prosesdə əsas məqsəd vətəndaşların problemlərinin operativ və effektiv həllinə nail olmaqdır.

Qeyd edək ki, yerli icra strukturların qarlament qarşısında birbaşa hesabat mexanizmi yoxdur. Buna görə də deputatlar seçildikləri dairələrdəki problemləri yerli icra hakimiyyətlərilə fərdi əlaqələr hesabına həll etməyə çalışırlar.

Bir sıra ekdpertlər deyirlər ki, Milli Məclisdə yerli icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı illik hesabat mexanizmi yaradıla, regional inkişaf və icra problemləri üzrə daimi parlament dinləmələri keçirilə bilər. Bu tədbirlərin icra hakimiyyətlərinin fəaliyyətinə siyasi məsuliyyət elementi əlavə edə biləcəyi vurğulanır.

Parlamentlə yerli icra hakimiyyəti orqanları arasında münasibətlərin real vəziyyəti necədir? Yerli icra strukturları deputatların müraciətlərinə hansı yanaşmanı sərgiləyir?

Modern.az bu suallara aydınlıq gətirilməsi üçün Milli Məclisin üzvlərinə müraciət edib.

Deputat Arzuxan Əlizadə: “Sabunçu rayon İcra Hakimiyyəti ilə mütəmadi təmaslarımız olur. Yerli məsələlərlə bağlı müraciətlər daxil olduqda, onları təbii ki, yerli icra hakimiyyəti orqanlarına ünvanlayırıq. Sonuncu dəfə ərazinin idarə olunması şöbəsinin müdiri ilə yol infrastrukturuna görə əlaqə saxlamışam. Bəzən müxtəlif qurumlar məsuliyyəti digər qurumların üzərinə atırlar. Bununla belə, ümumilikdə icra orqanları ilə təmaslarımdan ciddi narazılığım olmayıb.

Proses davam edir. İstənilən halda hansısa məmurun etinasız və ya diqqətsiz yanaşması mümkündür. Hələlik elə ciddi etinasızlıq halları ilə rastlaşmamışıq. Müraciət edilən kimi reaksiya verilir, məsələlər digər strukturlara yönləndirilir. Bəzən elə olur ki, problemlər sona qədər həll olunmur. Amma istənilən halda icra orqanları təmaslara açıqdır.

Təşəbbüslərlə bağlı da hələ ki ciddi problemlə üzləşməmişik. Hansı məsələ ilə bağlı müraciət olunursa, dərhal reaksiya verilir. Eyni zamanda, bələdiyyələrlə də təmaslarımız olub. Bu istiqamətdə də şikayətim yoxdur.”