AMİP Rəhbərliyi və Fəxri Lider Etibar Məmmədov 20 Yanvar Şəhidlərini Ziyarət edib – FOTOLAR
20 yanvar 2026-cı il tarixində, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin şəhadətinin 36-cı ildönümü münasibətilə Azərbaycan Milli İstiqlal Partiyası fəxri lideri Etibar Məmmədov, partiya Sədri millət vəkili Arzuxan Alizade AMİP funksionerləri və bir qrup partiya üzvü Şəhidlər Xiyabanını ziyarət ediblər.Mərasim zamanı AMİP heyəti tərəfindən Azərbaycanın azadlığı simvoluna çevrilmiş şəhidlərimizin məzarları üzərinə tər çiçəklər düzülüb, onların əziz xatirəsi böyük ehtiramla yad edilib.
Şəhidlərimizin fədakarlığı Azərbaycan dövlətçiliyinin təməl daşlarından biridir. Onların xatirəsi hər zaman qəlbimizdə yaşayacaq və gələcək nəsillər üçün örnək olacaqdır.
Azərbaycanın suverenliyi uğrunda canını fəda edənlərin xatirəsi dövlətimiz və xalqımız var olduqca uca tutulacaqdır. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
AMİP, Mətbuat Xidməti.
20.01.2026



