NIPA-30

AMİP Gənclər Təşkilatının Konfrans öncəsi Təşkilat Komitəsinin iclası keçirilib

​Fevralın 7-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Gənclər Təşkilatının Təşkilat Komitəsinin iclası keçirilib.
​İclasda iştirak edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə gənclərin fəaliyyət istiqamətləri, müasir dünyada baş verən geosiyasi dəyişikliklər və ölkəmizin ictimai-siyasi həyatında gəncliyin rolu barədə geniş nitq söyləyib.​Partiya sədri qeyd edib ki, hazırkı mürəkkəb qlobal proseslər fonunda gənclərin milli maraqlar ətrafında sıx birləşməsi və siyasi proseslərdə aktiv iştirakı strateji əhəmiyyət kəsb edir. Arzuxan Əlizadə vurğulayıb ki, ​”Gənclər hər zaman ölkədəki siyasi dinamikanın mərkəzində olmalı və proseslərə təsir etmək gücünü artırmalıdırlar”.
​AMİP hər zaman gənclərin kreativ ideyalarını dəstəkləyir və onların ictimai-siyasi arenada ön sıralarda olması üçün bütün lazımi münbit şəraiti yaratmağa hazırdır.Partiyanın prioriteti gənclərin potensialını üzə çıxarmaq və onları gələcəyin kadrları kimi yetişdirməkdir.
​​İclasda AMİP-in beynəlxalq arenadakı nüfuzlu mövqeyinə və güclü əlaqələrinə xüsusi toxunulub. Partiya sədri bildirib ki, bu əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsində və xarici tərəfdaşlarla əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclər əsas körpü rolunu oynamalıdırlar.
Gənclər tərəfindən irəli sürülən parlaq və innovativ təkliflər partiya rəhbərliyi müsbət qarşılanıb.
​Müzakirələrin sonunda Gənclər Təşkilatının fəaliyyət arealının genişləndirilməsi, yeni layihələrin icrası və təşkilatın strukturunun təkmilləşdirilməsi istiqamətində konkret qərarlar qəbul edilib.