NIPA-30

Deputat: Müəllim və həkimlərin 65 yaşında təqaüdə göndərilməsi məsələsinə yenidən baxılmalıdır

Müəllim və həkimlərin 65 yaşında təqaüdə göndərilməsi məsələsinə yenidən baxılmalıdır.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deputat Arzuxan Əlizadə bildirib.

Deputat deyib ki, regionlarda həkimlərin və tibb işçilərinin çatışmazlığı ilə bağlı məsələ gündəmdədir: “Regionlarda həkim çatışmazlığı məsələsi xüsusilə aktuallığını qoruyur. Eyni problem təhsil sahəsində də mövcuddur – xüsusilə bölgələrdə müəllim çatışmazlığı hiss olunur. Hesab edirəm ki, müəllim və həkimlərin 65 yaşında imperativ qaydada təqaüdə göndərilməsi məsələsinə yenidən baxılmalıdır. Bu məsələ hazırda müəssisə rəhbərlərinin səlahiyyətinə buraxılsa da, praktikada müəyyən neqativ hallara rast gəlinir. Halbuki regionlarda ciddi kadr çatışmazlığı mövcuddur və bu yanaşma daha çevik tənzimlənməlidir”.