NIPA-30

Azərbaycan Milli İstiqlal Partiyasından Bayram təbriki

Əziz soydaşlarımız, hörmətli həmvətənlər!
​Azərbaycan Milli İstiqlal Partiyası dünya müsəlmanlarının mənəvi birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimizi yetiririk.
​Qurban bayramı əsrlər boyu xalqımızın qəlbində kök salmış, bizi bir ideya və amal ətrafında birləşdirən xeyirxahlıq, mərhəmət və mənəvi saflıq rəmzidir. Milli-mənəvi dəyərlərinə hər zaman sadiq qalan xalqımız bu müqəddəs günlərdə bərabərlik və həmrəylik duyğularını ən yüksək səviyyədə yaşadır, paylaşmağın fəzilətini nümayiş etdirir.
​Bu mübarək bayram günlərində Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin nurlu xatirəsini dərin ehtiramla yad edirik. AMİP olaraq, canını qorxmadan bu torpağa fəda edən şəhidlərimizin ailələrini, müqəddəs savaşda sağlamlığını itirən qazilərimizi bayram münasibətilə xüsusi olaraq təbrik edirik. Onların fədakarlığı sayəsində bu gün bayramlarımızı bütöv və azad Azərbaycanda qürurla qeyd edirik.
​Əziz bacı və qardaşlarımız!
​Uca Allahdan kəsdiyiniz qurbanların, etdiyiniz duaların və ibadətlərin qəbul olunmasını diləyirik. Bu müqəddəs bayramın xalqımıza, dövlətimizə və bütün türk-islam dünyasına sülh, əmin-amanlıq və yeni uğurlar gətirməsini arzu edirik.
​Hər birinizin ocağına möhkəm cansağlığı, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayırıq.
​Qurban bayramınız mübarək olsun!
​Dərin hörmətlə,
National Independence Party of Azerbaijan

27.05.2026