“Ona səs verməmişdim…” – Deputatlar yaşadıqları ərazinin deputatı haqqında danışdılar
Milli Məclisin deputatları parlamentdə müxtəlif seçki dairələrini təmsil etsələr də, onların əksəriyyəti qeydiyyatda olduqları və ya yaşadıqları ərazilərdə başqa deputatların seçicisidirlər.
Modern.az həmin deputatların öz seçicisi olduqları həmkarlarının fəaliyyəti barədə fikirlərini öyrənib.
“Deputat olmamışdan əvvəl də ona səs vermişdim”
27 saylı Sabunçu ikinci seçki dairəsini Milli Məclisdə təmsil edən Arzuxan Əlizadə isə bildirib ki, qeydiyyatda olduğu ərazi 26 saylı Sabunçu birinci seçki dairəsinə daxildir. O, açıqlamasında həm əvvəlki parlament seçkilərində, həm də son seçkilərdə 26 saylı dairədən deputat seçilən Fazil Mustafaya səs verdiyini deyib.
A. Əlizadə Fazil Mustafanın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib:
“Fazil Mustafa uzun illərdir həmin dairəni təmsil edir və uğurlu fəaliyyət göstərir. Həm parlamentdəki işi, həm də seçicilərlə davamlı təmasda olması baxımından onun fəaliyyətindən razıyam. Mən həm əvvəlki seçkilərdə, həm də son parlament seçkilərində ona səs vermişəm“, – deyə deputat qeyd edib.