NIPA-30
a

National Independence Party of Azerbaijan

AMİP Qərargahında “Gənclər və Süni İntellekt” mövzusunda təlim keçirilib

AMİP Qərargahında “Gənclər və Süni İntellekt” mövzusunda təlim keçirilib.Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargahında AMİP Gənclər Təşkilatının təşkilatçılığı ilə “Gənclər və Süni İntellekt: Gələcəyin Bacarıqları” adlı təlim-tədbir keçirilib. Tədbir 20 Sentyabr — Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününə təsadüf etdiyindən, ilk olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş əziz Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Seyranə Quliyeva rəşadətli Azərbaycan Ordusunun cəmi bir sutka ərzində həyata keçirdiyi unikal hərbi əməliyyatın Azərbaycan tarixinin qızıl səhifələrindən biri olduğunu xüsusilə vurğulayıb.Daha sonra təlim hissəsinə start verilib. Təlimçi, İKT mütəxəssisi Elvin Abbasov süni intellekt texnologiyaları, onların işləmə prinsipləri, gələcəyin peşələrinə təsiri və gündəlik həyatımızdakı rolu barədə iştirakçılara ətraflı və faydalı məlumatlar təqdim edib. Süni intellektin artıq gələcəyin deyil, günümüzün ayrılmaz bir parçasına çevrildiyi diqqətə çatdırılıb.

İnteraktiv formada, sual-cavab sessiyası ilə davam edən tədbirin sonunda AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə çıxış edib. A.Əlizadə müasir dövrdə bu cür mövzuların gənclər üçün böyük əhəmiyyət kəsb etdiyini bildirərək, tədbirin təşkilatçılarına və təlimçi Elvin Abbasova öz təşəkkürünü ifadə edib. O, gənclərin maarifləndirilməsi yönümündə belə faydalı tədbirlərin davamlı olmasının vacibliyini vurğulayıb.

Sonda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.