NIPA-30
a

National Independence Party of Azerbaijan

AMİP Siyasi Şurasının iclası keçirilib

21 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının iclası keçirilib. İclasda cari məsələlərlə yanaşı, ölkədəki son ictimai-siyasi vəziyyət və təşkilati işlər müzakirə olunmuşdur.

İclasın əsas gündəliyini son günlərdə Dairə Seçki Komissiyalarının (DSK) formalaşdırılması prosesi təşkil etmişdir.Ətraflı müzakirələr zamanı yerli təşkilatlardan daxil olan müraciətlər, eləcə də DSK-ların təşkili zamanı ortaya çıxan və araşdırılmasına ehtiyac duyulan ehtimallar hərtərəfli təhlil edilmişdir.

Siyasi Şura üzvləri eyni zamanda Məntəqə Seçki Komissiyalarında (MŞK) da partiya nümayəndələrinin təmsilçiliyinin vacibliyini xüsusi vurğulamışlar. Müzakirələrin yekunu olaraq, yerli təşkilatlar tərəfindən qaldırılan və araşdırılması tələb olunan məsələlərin dərindən öyrənilməsi, eləcə də Məntəqə Seçki Komissiyalarının formalaşdırılması prosesində partiya nümayəndələrinin aktiv iştirakının təmin edilməsi və prosesin nəzarətdə saxlanılması ilə bağlı müvafiq qərarlar qəbul olunmuş, partiyanın aidiyyəti strukturlarına dərhal tapşırıqlar verilmişdir.