8 NOYABR ZƏFƏR GÜNÜ-ƏDALƏTİN TƏNTƏNƏSİ..
Tarixi Zəfər günümüzun bir ili tamam oldu. Bu tarixi gün , tarixi ədalətin eyni zamanda ləyaqətimizin bərpa olunduğu gündür. 44 günlük müharibənin elə ilk günlərində xalqımızın Qələbə yanğısını necə səbrsizliklə gözlədiyini görmək elə də çətin deyildi. Xalq –Ordu-Dövlət vəhdətini bir aradagörmək hər insana nəsib olmur.Tarixdə belə hadisələr və nümunələr çox azdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarələrinin qarsında cəbhəyə getmək üçün idarənin işçiləri ilə mübahisə edən gənclərimizi görmək ayrı bir mövzudur.Qismən səfərbərliyə düşməyən gənclərimiz əllərini sıxaraq axı nəyə görə mən gedə bilmərəm deyərək idarənin əməkdaşlarına suaallar” yağdırırdılar”.Onda anlamışdım ki, bu gənclər ona görə həyacanlıdılar ki, birdən tam səfərbərlik olmasa bu döyüşlərdə iştirak edə bilməyəcəklər və belə fürsət birdə ələ düşməyəcək.Bəli döyüşdə iştirak edə bilməyəcəklərindən narahat idilər. Bu narahatlıq neçə onilliklərdir Qələbəyə ac olan bir xalqın qisas yanğısı idi. Cəbhədə döyüşlərin getdiyi günlərdə əsgərlərimizin mahnı oxuyaraq düşmənin uzərinə hücum çəkməsi sözün əsl mənasında bir qəhrəmanlıq salnaməsidir. Hələ bu 44 günlük müharibədən çox danışacağıq.Təkcə biz yox, eyni zamanda beynəlxalq hüquqdan öz məqsədləri üçün istifadə edən dövlətlər də bu Zəfərdən çox danışacaqlar.Azərbaycan Ordusunun hərbi taktikası bir çox dövlətlərin hərbi dərsliklərində tədris olunacaq.ABŞ Hərbi Akademiyası Azərbaycan Ordusunun həbi əməliyyatlarının öyrənilməsi zərurətinin yarandığını bildirib.Bellə hallar Müzəffər Azərbaycan Ordusunun dünya dövlətləri arasında ordu reytinqləri siyahısında yerini möhkəmləndirməkdədir. Azərbaycan XXI əsrdə ən yüksək hərbi texnoloji savaş aparmaqla dünya dövlətləti arasında böyük nüfuza malik oldu.
Müharibə elə bir mürəkkəb əməliyyat meydanıdır ki, zəncirin bir həlqəsinin qırılması savaşın taleyini həll edə bilər.Bu savaşda Azərbaycan xalqı bir yumruq kimi birləşərək özünü ön cərgədə döyüşən əsgərlərimizin yanında hiss edirdi.Hər kəs özünü bir əsgər hesab edirdi.Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspora nümayəndələrimiz yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsini çatdırır, diplomatlarımız çox gərgin şəraitdə fəaliyyət göstərirdi. Ən önəmli məsələlərdən biri olan informasiya savaşında mətbuat nümayəndələrimiz öz üzərinə düşən missiyanı çox peşəkarlıqla icra edirdi.Siyasi partiyalar yüksək şüur nümayiş etdirərək dövlətin atdığı bütün addımları dəstəklədilər.Həkimlərimiz bu müharibədə döyüş şəraitində ən mürəkkəb əməliyyatları həyata keçirməklə yüksək bilik və bacarıqlarını ortaya qoydular.
Heç şübhəsiz ki,8 noyabr Zəfərimizin memarı şəhidlərimizdir.Onların qanı -canı bahasına illərlə işğalda qalan torpaqlarımız düşmən tapdağından azad olundu.Şəhidlik zirvəsinə çatmaq, bu məqama yüksəlmək hər insana nəsib olmur.Bu zirvəyə ucalan, müqəddəs amallar uğurunda Vətən və xalq yolunda canını fəda edən bütün şəhidlərimizə allahdan rəhmət diləyirəm! Belə bir övladlar yetişdirib onları tərbiyə edən valideyinlərə hər zaman borcluyuq.Qazilərimizin tezliklə öz sağlamlıqlarına qovuşmasını arzu edirəm.İndi dövlətimizin və xalqımızın ən başlıca vəzifələrindən biri şəhid ailələri və qazilərimizin qalib xalq kimi onların layiq olduğu ləyaqətli həyat şəraitini onlara təmin etmək olmalıdı. Əminəm ki bu belə də olacaq.Əgər dövlətimiz işğalçı bir ordunu faşizmi təbliğ edənbir dövləti məğlub etməyi bacardısa, heç şübhəsiz ki bunun da öhdəsindən gəlməyi bacaracaq.Qarşıda bizləri hələ çox işlər gözləyir.Düşmən işğala məruz qoyduğu döğma yurdlarımızda daşı- daş üstündə qoymayıb.Bütün ərazilərimizi minalanıb.Bir sözlə böyük Zəfərdən sonra böyük quruculuq işləri həyata keçirilməlidir .Qeyd edim ki , son səkkiz ayda xeyli layihələr icra olunmaqdadır.Bu işləri sürətləndirməliyik.Eyni zamanda xalqımızın sosial rifahını yaxşılaşdırmaq üçün yeni proqramların hazırlanmasına ehtiyac yaranıb.Bütün bunlar mərhələli şəkildə öz həllini tapacaq. Ən vacib olanı ərazi bötövlüyümüzün təmin olunması idi, onu da Azərbaycan Ordusu təmin etdi.
Xalqımızı 8 noyabr Zəfər gününün bir ilinin tamam olması münasibətilə təbrik edir, birlik və bərabərliyimizi qoruyaraq yeni qələbələrə imza atmağı böyük Tanrıdan arzu edirəm! Zəfərimiz Mübarək!
Afsəddin Nəbiyev, AMİP sədrinin Təşkilat və Seçki məsələləri üzrə sədr müavini.