NIPA-30
a

National Independence Party of Azerbaijan

AMİP Siyasi Şurasının 2024-cü ildə ilk iclası keçirildi

Yanvarın 16-da Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının 2024-cü ildə ilk iclası keçirilmişdir.

Gündəlikdə duran məsələlərdən biri və başlıcası 20 Yanvar Anım gününün 34-cü ildönümünə hazırlıq işləri və görüləcək tədbirlər planı müzakirə olunub müvafiq qərarlar qəbul edildi.

Başda AMİP lideri Etibar Məmmədov olmaqla AMİP-çilər ənənəvi olaraq yanvarın 20-də Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda həlak olanların xatirəsini ehtiramla yad edəcəklər.

Daha sonra qarşıdan gələn növbədənkanar Prezident seçkilərində AMİP-in müşahidəçilik missiyası, səsvermə günündə ölkənin bütün ərazisində seçki prosesini izləmək üçün AMİP təmsilçilərinin cəlb olunması məsələsi geniş müzakirə edildi.

Qeyd edək ki, AMİP bu seçkidə namizədlə iştirak etməsə də seçkinin əsas elementlərindən biri olan müşahidəçilik institutuna üstünlük veriləcək.

Sonda AMİP sədrinin Ali Məclisə təqdim etdiyi yeni təyinatlar – sədrin müavinləri və müşavirləri görüləcək işlərlə bağlı iş planlarını açıqladılar. AMİP sədri Arzuxan Əlizadə yeni vəzifələrə təyin olunan AMİP sədrinin mətbuat və təbliğat məsələləri üzrə müavini Lalə Qafarlı, seçki məsələləri və bələdiyyələr iş üzrə sədr müavini Yəhya Həsənov və təhlükəsizlik məsələləri üzrə AMİP sədrinin müşaviri Əli Çərkəzoğlunun vəsiqələrini təqdim etdi və gələcək işlərində onlara uğurlar arzuladı.

Add Comment