NIPA-30

“Azərbaycan-Çin əlaqələri Asiyadan Avropaya irihəcmli ticarət və təhlükəsiz logistika üçün önəm daşıyır”

“Ötən gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Çinə rəsmi səfərə gedib və bu səfər çərçivəsində iki ölkə arasında bu vaxta qədər mövcud olmuş dərinləşməkdə olan münasibətlərin bir qədər də inkişafı ilə əlavə olaraq proseslərə təkan verəcək sənədlərin qəbulu, razılaşdırılması məsələsi gündəmdə olacaq. Bu da təbii ki, iqtisadi müstəvidə hər iki ölkəyə dividendlər gətirməklə yanaşı, eyni zamanda, bütövlükdə qlobal maştabda həm regional müstəvidə sülhə, dayanıqlı sülhə, sabitliyə xüsusi töhfə verə biləcək amillərdəndir”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə açıqlamasında bildirib ki, Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, hazırda nəqliyyat qovşaqlarının faktiki olaraq bir mərkəzinə çevrilib. Həm dəniz üzərindən, eləcə də quru sərhədləri boyu ilə indi gələcəkdə Zəngəzur kommunikasiya xəttinin açılması ilə də bu proses bir qədər də güclənəcək.

Deputatın fikrincə, Asiyadan Avropaya daşınan bütün malların Azərbaycan üzərindən keçməklə reallaşması baş tutacaq ki, bu mənada da Azərbaycan-Çin əlaqələri xüsusi önəm daşıyır.

“Gələcəkdə də həm bölgə ölkələri üçün, həm də təbii ki, Azərbaycan və Çin üçün də çox ciddi ölçüdə iqtisadi dividentlər, siyasi dividentlər gətirilməsini hədəfləyir”-deyə Arzuxan Əlizadə vurğulayıb.