“Georgi lentinə” sığınan “qırmızı saqqallar”
Rusiyanın Azərbaycanda şəbəkə qurduğu və bununla ictimai -siyasi proseslərə təsir göstərməyə çalışdığı dünənin bu günün söhbəti deyil. Zaman-zaman bir çox şəxslər Rusiyaya işləməkdə ittiham olunublar. Ancaq İmişli rayonunun Sarıxanlı kəndində baş verən son hadisə Rusiya şəbəkəsinin ciddi maliyyə resurslarına malik insanların bu prosesə cəlb edilməsi sıradan hadisə sayıla bilməz.Bir çox dövlətlərdə “Georgi lenti” rəsmi şəkildə qadağan olunduğu halda özünü ağsaqqal sayan şəxslərin sinələrinə işğalçılığı simvolizə edən lenti açıq şəkildə təbliğ etmələri , ciddi boşluqların nəticəsində baş verir.Axı necə ola bilər bir rayonda kütləvi tədbir həyata keçirilir, müvafiq qurumların bu işlərdən xəbəri olmur.
Bu hadisə onu göstərdi ki, hüquq mühafizə, orqanları ayıq -sayıq olmaqla yanaşı belə insanların üzə çıxarılmasında mütəmadi olaraq preventiv tədbirlər həyata keçirməlidir. Güc strukturları bu məsələni ciddi şəkildə incələləyib sovet xiffətini çəkənləri buyruq qullarını ağalarından sifariş gözləyən bütün şəbəkəni üzə çıxarmalıdır . Düzdür bu düşüncə daşıyıcıları Azərbaycanda çoxluğa təsir etmək gücündə deyillər.Ancaq bu o demək deyil ki hətda Rusiya cəmiyyətinin qəbul etmədiyi işğalçılığı əks etdirən lenti təbliğ edəsən.Guya onlar bilmirlər ki, qırmızı imperiya Şərqdə ilk demokratik cümhuriyyət olan AXC-nin süqutunun 20 Yanvar qırğını, Xocalının, başımıza gələn faciələrin baiskarıdır.Tarix siyasi elm olmaqla yanaşı keçmişə işıq salan mükəmməl bir vasitədir. Qırmızı imperiya kələklə gəldiyi kimi, küləklə getdi. Nə yaxşı ki, müstəqil Azərbaycanda doğulan uşaqlar artıq 34 yaşın içindədir. Onlar Sovetlər Birliyini görməyiblər. Görməyəcəklər də.
Müstəqilliyimizin ən etibarlı insan kapitalı da məhz onlar və onlardan sonra gələcək parlaq nəsillər olacaqdır.Birdəfəlik anlayın ki,Azərbaycanı heç vaxt Rusiyanın “5-ci kolonu” etmək mümkün olmayacaq.Bir zəruri qeydi də edim ki, qırmızı imperiya 1920-ci ildə Azərbaycanı işğal edəndə qırmızı ordunu gül çiçəklə qarşılayan Həmid Sultanovlar və başqaları qırmızı rəngli gülün rəngində qanlarına qəltan edildilər.Xəyanətin dəqiq düsturu belə olur.Xəyanət edən kim olursa olsun, onun işi satmaq satqınçılıqdır, hamısının da aqibəti taleyi eyni olur. “Georgi Lentini” sinəsinə taxan insanlar öz tarixinə öz dövlətinə xainlik edənlərdir.Qısaca bu “lentin” yaranma tarixinə nəzər yetirsək görərik ki, bu lent işğalçılığı təbliğ edir. “Georgi Lenti” 1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunub və Rusiya üçün savaşan rus əsgərlərinə verilən mükafat olub, ilkin vaxtlarda medalın üzərinə vurularaq, təqdim olunurdu. Təsis olunduğu dövr Rusiya- Osmanlı müharibəsinin getdiyi illər idi, yəni, ilk olaraq işğalçılığı təbliğ edən bu lent müharibədə vuruşan ruslara təqdim edilib. Lenti indiki dövrdə taxanlar, faktiki olaraq, Türkiyəyə qarşı vuruşanların xatirəsini yad etməklə öz tarixinə milli kimliyinə vətəninə xor baxanlardır.Onların da yerini göstərməliyik ki, başqalarına dərs olsun.
Afsəddin Nəbiyev, AMİP-in sədr müavini