NIPA-30

AMİP-in konfransları davam edir – FOTLAR

Azərbaycan Milli İstiqlal Partiyasının növbəti Qurultayının çağırılması ilə əlaqədar olaraq Rayon (Şəhər) təşkilatlarında hesabat-seçki konfransları davam edir.Növbəti konfranslar 5-6 iyun tarixlərində Yasamal, Salyan, Neftçala rayonlarında keçirilib. AMİP Nizamnaməsinə müvafiq olaraq rayon təşkilatlarının İdarə Heyətləri formalaşıb, Qurultaya nümayəndələr seçilib.Konfranslarda AMİP Sədri Millət vəkili Arzuxan Əlizadə, AMİP Ali Məclisin Sədri Rəşad Bayramov, AMİP Sədrinin Təşkilat Məsələləri üzrə müavini Afsəddin Nəbiyev, AMİP Sədrinin Beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev, AMİP MİK-nın Sədri Maarif Abbasov, AMİP MİK -nın Sədr müavini Elxan Əhmədzadə iştirak ediblər. AMİP- in növbəti XIII Qurultayının cari ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulmuşdur.