NIPA-30
a

Author: admin_amip

ABŞ Konqresində “erməni qrupu”un həmsədrləri - Nümayəndələr Palatasının üzvləri Frenk Pallone, Qus Bilirakis, Bred Şerman və Devid Valladao dövlət katibi Marko Rubioya məktub göndərərək, Azərbaycana qarşı iqtisadi sanksiyaların tətbiqinə çağırıblar. Məktubda Tramp administrasiyasından Ermənistana dəstəyi davam etdirmək, hərbi və müdafiə yardımını artırmaq və İrəvanı pilotsuz döyüş maşınları ilə mübarizə aparmaq üçün avadanlıqla təmin etmək xahiş olunur. Məlumat üçün qeyd edək ki, bundan əvvəl də həmin lobbistlər dəfələrlə Ağ Evə və Dövlət Departamentinə məktublar göndərərək, Bakıya qarşı sanksiyaların tətbiqini tələb edib və müxtəlif qanunvericilik təşəbbüsləri irəli

Ermənistanın İrəvan şəhərində yerləşən Təpəbaşı məscidində turistlərə spirtli içkilər təklif edilməsi faktı Azərbaycanda ciddi narazılıqla qarşılanıb. Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri bu hadisəni vandalizm aktı kimi qiymətləndirərək beynəlxalq təşkilatları məsələyə müdaxilə etməyə çağırıblar. Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu məsələ ilə bağlı “X” platformasında paylaşım edərək Ermənistanın Azərbaycan xalqına məxsus dini və mədəni irsə qarşı davam edən təhqiramiz addımlarını pisləyib: “İşğal illərində Qarabağda bütün məscidlərimizi təhqir edən və tamamilə dağıdan Ermənistan hazırda İrəvandakı Azərbaycan məscidini təhqir edir. Təpəbaşı məscidində turistlərə spirtli içkilər təklif edir.

Bələdiyyələr vergilərin toplanmasında problemlər yaşayırlar. Bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin (2024-cü il üzrə) müzakirəsində çıxışı zamanı deyib. “Bu gün bələdiyyələrin bir çox problemləri var. Onlar əmlak və torpaq vergisi ilə maliyyələşirlər, digər mənbələr də var, amma daha çox bu ikisidir. Bələdiyyələr bu vergilərin toplanmasında problem yaşayırlar”, - o bildirib. Millət vəkili qeyd edib ki, ölkədə sənədsiz evlər problemi də qalmaqdadır. “Bu problem də hələ tam həll olunmadığı üçün bələdiyyələr vergilərin yığılmasında

"Son dövrlərdə Azərbaycan və Rusiya arasında münasibətlər kifayət qədər gərginləşib və bu gərginliyin əsas səbəbkarı məhz Rusiya tərəfi olub. Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiya hava məkanında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması və nəticədə təyyarənin qəzaya uğraması, Azərbaycanın bu məsələ ilə bağlı qarşı tərəfdən ədalətli mövqe tələb etməsi gərginliyə səbəb olub". Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Arzuxan Əlizadə deyib.  O bildirib ki, bu vəziyyətin ortalığa çıxmasına səbəb olan başlıca məsələ, Rusiya tərəfinin təyyarənin vurulması ilə bağlı öz məsuliyyətini etiraf etməməsidir: "Bu hadisənin davamında Rusiya ictimaiyyəti Azərbaycanla bağlı

"Rusiya ilə gərginlik fonunda bir sıra keçmiş dövlət məmurlarının Rusiya ilə buradakı maraqları baxımından iş birliyində olmaları ilə bağlı iddialar gündəmə gətirilib. Mətbuatda məsələ ilə bağlı konkret adlar da çəkilir, mülahizələr söylənilir". Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.  Deputat bildirib ki, bu məsələlər daha çox xüsusi xidmət orqanlarının səlahiyyət dairəsindədir: "Hansısa dövlətlə, həmin dövləti təmsil edən rəsmilərlə, məmurlarla isti münasibətlərin olması məsuliyyət yaratmır. Məsuliyyət yalnız o halda yarana bilər ki, münasibətlər öz mənsub olduğu dövlətin maraqlarına xidmət etməsin, digər dövlətin maraqları daxilində alınmış hansısa

Prezident yanında Əfv Məsələləri Komissiyası bu həftə toplaşacaq. Komissiyanın ilk iclasının fevralın 12-də keçirilməsi planlaşdırılır. Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçiriləcəyi bildirilir. Əfv sərəncamının isə nə vaxt imzalanacağıı məlum deyil. Milli Məclisin komitə sədri Siyavuş Novruzov bir müddət öncə parlamentin iclasında aministiya aktının da qəbul edilməsi üçün təkliflə çıxış etmişdi. Bəs bu il əfv sərəncamı ilə yanaşı, aministiya aktı da qəbul edilə bilərmi? Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Modern.az-a bildirib ki, 28 May Müstəqillik Günündə əfv sərəncamı imzalana bilər: "Əfv Komissiyasının üzvləri mütəmadi olaraq, toplaşırlar. Əfv komissiyasına edilən

“Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) 10 illiklər ərzində təxminən 80-dən artıq ölkədə fəaliyyət göstərib, müxtəlif fondları, təşkilatları maliyyələşdirib. Bir çox ölkələrdə rəngli inqilabların həyata keçirilməsində iştirak edən təşkilatlar USAİD tərəfindən maliyyələşdirilib. USAİD-in bir sıra qanundankənar fondları maliyyələşdirdiyi, eyni zamanda Əfqanıstanda narkotik vasitələri, heroin istehsalında iştirak etdiyi iddiaları var və yardım adı altında bir sıra ölkələrdə fərqli məqsədlər də hədəfləmişdir”. Bunu açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib. O, USAİD-in Azərbaycandakı fəaliyyəti ilə bağlı olduqca şübhəli məqamların olduğunu qeyd edib: “Tramp Adminstrasiyası fəaliyyətə başladıqdan dərhal sonra bir sıra

Bələdiyyələr yalnız əmlak və torpaq vergisi ilə maliyyələşirlər, bu vergilərin toplanmasında da ciddi problemlər olur. APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Regional məsələlər iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin (2024-cü il üzrə) müzakirəsində deputat Arzuxan Əlizadə deyib. Deputat qeyd edib ki, zamanında o da bələdiyyə üzvü olub, bələdiyyələrin problemləri ilə yaxından tanışdır: “Ölkədə sənədsiz evlər problemi də var. Bu problem hələ tam həll olunmadığı üçün bələdiyyələr vergilərin yığılmasında problemlərlə qarşılaşır. Əlavə problemlərdən biri də avtobus zolaqları ilə bağlıdır. Xüsusilə

"Ötən ilin dekabrın 25-də Rusiya hava məkanı olan Qroznı yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsi HHM tərəfindən vuruldu. Bu artıq danılmaz faktdır. Ondan sonra Azərbaycan haqlı olaraq Rusiya tərəfindən məsələyə münasibət bildirməsinu tələb etdi. Son dövrlər bu tələb fonunda Rusiyadan olan bəzi KİV-lərinin elə Rusiya vasitəsilə Azərbaycana xoşagəlməz münasibətinin şahidi oluruq. Bu tipli açıqlamaları digər siyasi şəxslərin çıxışlarında da görürük. Onlar Azərbaycana nifrətdolu fikirlər səsləndirirlər". Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.  O bildirib ki, Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin etdiyini ən yaxşı halda tərbiyəsizlik adlandırmaq