NIPA-30
a

Author: admin_amip

Ermənistanda seçkilər yaxınlaşdıqca Moskva İrəvana təhdidləri və təzyiqləri daha da artırır. "Erməni dosyesi" teleqram kanalının yazdığına görə, Rusiya Prezident Administrasiyası Ermənistanda keçiriləcək növbəti seçkilərdə birbaşa hakimiyyət dəyişikliyinə deyil, ölkədəki vəziyyəti gərginləşdirməyə çalışır.Mənbənin qeyd etdiyinə görə, rəsmi Moskva kremlyönümlü namizədlərin şanslarının Nikol Paşinyanın partiyası ilə müqayisədə aşağı olduğunu anlayır.  Bu səbəbdən də müdaxilə üçün standart sxemdən istifadə olunur.  Belə ki, "TikTok"da Paşinyan və ailəsinə qarşı yüzlərlə konspiroloji video çarx yayımlanır, "Facebook"da minlərlə ödənişli şərh yazılır, "X" (keçmiş Twitter) platformasında ingilis dilində kampaniya aparılır. Prosesin icrası birbaşa

28 May- Müstəqillik Gününüz Mübarək! Hörmətli həmvətənlər, dəyərli soydaşlarımız!Azərbaycan Milli İstiqlal Partiyası xalqımızı, dünya azərbaycanlılarını hər bir vətəndaşımızı Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir!1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi müstəqil dövlətin qurulmasını, xalqımızın azadlıq bərabərlik və demokratiya ideallarına sadiqliyini dünyaya bəyan etdi. Cəmi 23 ay yaşamasına baxmayaraq, AXC parlamentli respublika modeli, qadınlara seçki hüququnun verilməsi, milli ordunun qurulması və ana dilimizin dövlət dili elan edilməsi kimi mütərəqqi addımlarla tariximizdə silinməz iz

Bakının 5 küçəsində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılır, ərazilər piyadaların istifadəsinə veriləcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, Nəqliyyatı Əlaqələndirmə Şurası Əlimərdan Topçubaşov, Lev Tolstoy, Yusif Məmmədəliyev, Rəsul Rza və Xaqani küçələrinin piyadalaşdırılması ilə bağlı qərar qəbul edib. Bu addım şəhər mühiti və piyadalar üçün müsbət qərar kimi qiymətləndirilsə də, bir sıra suallar da yaradır. Məsələni şərh edən Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, Bakının beş küçəsində nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması və həmin ərazilərin tamamilə piyadaların istifadəsinə verilməsi ilə bağlı qərar şəhərsalma baxımından diqqət

Hazırda Azərbaycanda Qurban bayramı qeyd olunur. Bayramla əlaqədar hər kəs öz vəzifəsini icra etməyə, yəni qurban kəsib paylamağa çalışır.   Siyasi partiyaların Qurban bayramında hansı tədbirləri keçirəcəyi maraq doğurur. Modern.az müxtəlif partiya sədrləri və siyasətçilər arasında sorğu keçirərək onların Qurban bayramı ilə bağlı planlarını öyrənib. Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, əvvəlki illərdə olduğu kimi bu il də müəyyən sosial qruplara dəstək göstərməyə çalışacaqlar: “Əvvəlki dönəmlərdə Qurban bayramlarında və digər əlamətdar günlərdə imkanlarımız daxilində müəyyən sosial qruplara dəstək olmuşuq. Bu bayram günlərində də müəyyən ailələrlə təmasda olub onlara dəstəyimizi

Əziz soydaşlarımız, hörmətli həmvətənlər!​Azərbaycan Milli İstiqlal Partiyası dünya müsəlmanlarının mənəvi birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimizi yetiririk.​Qurban bayramı əsrlər boyu xalqımızın qəlbində kök salmış, bizi bir ideya və amal ətrafında birləşdirən xeyirxahlıq, mərhəmət və mənəvi saflıq rəmzidir. Milli-mənəvi dəyərlərinə hər zaman sadiq qalan xalqımız bu müqəddəs günlərdə bərabərlik və həmrəylik duyğularını ən yüksək səviyyədə yaşadır, paylaşmağın fəzilətini nümayiş etdirir.​Bu mübarək bayram günlərində Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını

Seçkilər ərəfəsində Ermənistana qarşı pressinq siyasəti yürüdən Rusiya indi də rəsmi İrəvanı qazın qiyməti ilə hədələyir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, Rusiya etibarlı enerji daşıyıcıları tədarükçüsüdür, xüsusilə də tərəfdaşları üçün. Lakin onun fikrincə, Ermənistan Avrasiya İqtisadi İttifaqını (Aİİ) tərk etmək qərarına gəlsə, İrəvanı cəlb edən güzəştli qaz qiyməti bazar prinsipləri əsasında formalaşmağa başlaya bilər: “Biz erməni rəhbərliyinin Rusiya qazına, Rusiya enerji daşıyıcılarına olduqca cəlbedici, hətta daha artıq güzəştli qiymətin mövcud olması ilə bağlı bəyanatlarını eşitmişik. Bu, həqiqətən də belədir - Rusiya

Azərbaycan Xalq Cümhuriyyəti ötən əsrin əvvəlində — 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika kimi tarixə adını qızıl hərflərlə yazdı. Bu möhtəşəm dövlətçilik nümunəsi xalqımızın azadlıq, müstəqillik və milli birlik ideallarının təcəssümü olmaqla yanaşı, vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynadı. Azərbaycan Xalq Cümhuriyyətinin zəngin irsi bu gün də gənc nəslin milli mənlik şüurunun möhkəmlənməsinə, Vətənə sevgi, dövlətə sədaqət və milli dəyərlərə bağlılıq hisslərinin aşılanmasına güclü təsir göstərir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, dövrün mürəkkəb tarixi və

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiqlənən “2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakıdakı universitet və məktəblərin açılış saatlarının pilləli qrafikə keçirilməsi planı paytaxtın nəqliyyat sistemində inqilabi dəyişikliklərin əsasını qoyur. Bu qərar pik saatlarda təhsil müəssisələrinin yaratdığı kütləvi insan axınını fərqli zaman dilimlərinə bölməklə şəhərdəki xroniki nəqliyyat sıxlığını və tıxacları əhəmiyyətli dərəcədə azaltmağı hədəfləyir. Digər tərəfdən, dərs saatlarının dəyişməsi işləyən valideynlərin gündəlik rejimində, övladlarını məktəbə yola salma və qarşılama qrafiklərində ciddi logistik uyğunlaşma tələb edəcək. Şəhər hərəkətliliyini yenidən formalaşdıracaq bu mühüm islahat həm yollardakı gərginliyi

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Gənclər Təşkilatının təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş təntənəli və interaktiv tədbir keçirilmişdir.​Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.​Tədbiri giriş sözü ilə açan məruzəçi Seyranə Quliyeva öncə Azərbaycan Milli İstiqlal Partiyasının yaranma tarixi, keçdiyi şərəfli yol və fəaliyyət istiqamətləri barədə qısa məlumat verib. Daha sonra “28 May Dövlət Müstəqilliyi Günü - tarixə baxış kontekstində” mövzusunda geniş məruzə ilə