NIPA-30
a

Author: admin_amip

Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Bu konteksdə Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri sürətlə inkişaf edir. Təsadüfi deyil ki, son 3 ildə Orta Asiya ölkələrinin keçirdiyi bütün tədbirlərə Prezident İlham Əliyev dəvət edilir. Azərbaycanın üzv olmadığı regional təşkilatlara ölkə başçısı dəvət edilir.  Belə ki, ölkə başçısı Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirak edib

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan bir sıra şəxslər namizədliklərini geri götürməyə başlayıblar. Belə ki, Demokrat və Vəhdət partiyalarının sədrləri Sərdar Cəlaloğlu, Tahir Kərimli, uzun müddət Milli Məclisin üzvü olan bəzi tanınmış şəxslər seçkilərə qatılsalar da, sonradan iştirak etməyəcəklərini bildiriblər.  Həmçinin, Müsavat, Ümid, Vətəndaş Həmrəyliyi partiyalarının sədrləri də seçkiyə qatılacaqlarını açıqlasalar da, marafona az qalmış əks mövqe sərgiləyiblər. Ümumən, bu nə siyasi texnologiyadır, nə kimi seçki texnologiyasıdır? Belə texnologiyanın hər hansı effekti varmı? Niyə bu üsuldan istifadə edirlər və bununla nə demək istəyirlər? Yəni namizədlərin

Azərbaycan BRİCS-in tamhüquqlu üzvü olmaq istəyir. Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova BRİCS ölkələrinin iyulun 10-da X Parlament Forumunun Sankt Peterburqda keçirilən plenar iclasında çıxışı zamanı deyib.  “Azərbaycan xarici siyasətində dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir. Bu, ikitərəfli münasibətlərə və beynəlxalq platformalar çərçivəsində fəaliyyətə aiddir. Xüsusilə, bu, BRİCS ilə əməkdaşlığa aiddir. Azərbaycan artıq BRİCS-ə qoşulmaq arzusunu ifadə edib”- deyə Qafarova bildirib.  Onun sözlərinə görə, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı bu məqsədə nail olmağa kömək edəcək. Məlum olur ki, Azərbaycan BRİKS üzvlüyünə rəsmi iradəsini ortaya qoydu. O baxımdan

İndi də Ermənistan Gürcüstanda gedən proseslərdən narahatdır. Erməni mediası yazır ki, Gürcüstanda baş verən proseslər nəticədə Ermənistana Qərb silahlarının verilməsini çətinləşdirəcək:  “Əgər Gürcüstan Qərbdən ayrılsa və ya başqa istiqamətdə getməyə başlasa, Qərbin Ermənistanı dəstəkləməsi çox çətin olacaq. Elə dəyişikliklər Qərbin Ermənistana çıxışının olmamasına gətirib çıxaracaq. Hətta indiki zamanda Gürcüstan vasitəsilə bu əlaqəni saxlamaq o qədər də asan deyil. Əgər Gürcüstan həqiqətən də xarici siyasət oriyentasiyasını dəyişsə, Ermənistana dəstək problemi çox mürəkkəbləşəcək. Qərbin Ermənistanı dəstəkləmək arzusu var, lakin texniki baxımdan bunu etmək çox çətin olacaq. Gürcüstanda