NIPA-30
a

Author: admin_amip

"Paris əsəbi halda yeni Yeni Kaledoniya üçün yer axtarır, Gürcüstan və Ermənistan arasında seçim edir". Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb. Diplomat Gürcüstan Prezidenti Salome Zurabişvilinin Fransa Prezidenti Emmanuel Makronu Qafqazı nəhayət ki, sovet boyunduruğundan və Rusiyanın təsirindən azad etmək məqsədi ilə mayın 26-da Gürcüstanın Müstəqillik Gününə dəvət etməsinə diqqət çəkib. "Əgər Paris kimlərisə azad edə bilərsə, bu, Fransa boyunduruğundan qurtulan kanaklar olacaq", - deyə Zaxarova qeyd edib. Qeyd edək ki, Qərbi və MərkəziAfrikada, eləcə də Cənubi Sakit Okean hövzəsində mövqelərini

Siyasi partiyalar arasında müzakirələr həmrəylik mühitini təşviq edir  Ölkəmizdə aparılan davamlı islahatlar iqtisadi-sosial, hərbi, eyni zamanda, siyasi-ictimai mühitdə mühüm irəliləyişlərə yol açıb. Xüsusilə, 2019-cu ildən etibarən start götürmüş siyasi islahatlar ölkədə yeni siyasi konfiqurasiyanın əsasını  qoyub - bu, həm də yeni siyasi münasibətlər sistemi yaradıb. Ənənəyə çevrilmiş iqtidar-müxalifət görüşləri milli və qlobal çağırışların həllində mühüm ştrix kimi çıxış edir. Bu, həm də yeni siyasi konfiqurasiyanın uğurla təmin edilməsi, siyasi ialoq mühitinin gücləndirilməsi isə ölkədə siyasi birliyin daha da güclənməsinə yol açır. Təsadüfi deyil ki, hələ 2019-cu

Bir neçə gün öncə Azərbaycan Demokratiya və Rifah Partiyası (ADR) fəaliyyətini dayandırdı. Bildirilib ki, "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunun 4.7-ci maddəsinin tələblərinə uyğun olaraq ADR İdarə Heyəti üzvləri qeydiyyata alınmayıb. Buna görə də partiya fəaliyyətinə qeyri-müəyyən müddətə qədər fasilə verib. Bəzi ekspertlərə görə, müxalif partiya sayılan ADR gələcəkdə fəaliyyətində siyasi mövqe dəyişikliyi edə bilər. Mövzu ilə bağlı Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, partiyanın qərarını geniş şərh etməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, ADR Partiyasının gələcək fəaliyyətləri barədə məlumat yoxdur: ""Siyasi partiyalar haqqında"

“İrəvan Moskvadan Rusiya sərhədçilərini Türkiyə və İranla sərhəddə saxlamağı xahiş etməyib”. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan prezident Putinin köməkçisi Dmitri Peskovun sözlərini şərh edərkən belə deyib. Qriqoryan bildirib ki, İrəvan Moskvaya sərhədçiləri Zvartnots hava limanından, Ermənistan-Azərbaycan sərhədindəki 17 sərhəd məntəqəsindən, həmçinin Qarakilsə (Sisian) və Gorusda Rusiya sülhməramlılarına aid 2 dəstək bazasından geri çəkməyi təklif edib. Lakin onların İran və Türkiyə sərhədindən çıxarılması məsələsi hazırda gündəmə dayanmır: “Onlar (Rusiya tərəfi) bu təklifi qəbul edərək, İrəvanın Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədindən çıxarılmasını təklif edib-etmədiyini soruşdular.

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da görüş təşkil olunub. Görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik

Hazırda dünyanın müxtəlif yerlərində separatizm və işğaldan əziyyət çəkən ölkələr var. Üstəlik, bütün beynəlxalq təşkilatların və dövlətlərin diqqəti də məhz həmin bölgələrdədir. Dünya liderləri tərəfindən də müxtəlif ərazilərdə yaşanan separatizm və işğal faktları ilə bağlı bəyanatlar eşidirik. Ukrayna, Gürcüstan, Qəzza kimi nümunələri buna misal çəkmək olar. Bu tip məsələlərin hamısı da dünyanın diqqət mərkəzindədir.  Amma eyni diqqəti 30 ilə yaxın müddət ərzində Azərbaycana qarşı görmədik. Ermənilərin Qarabağı işğal etdiyi, torpaqlarımızda separatizm ocağı qurduğu illərdə beynəlxalq təşkilatlar və dünya dövlətləri buna biganə yanaşdı.  Lakin Azərbaycan beynəlxalq ədaləti öz