Trampın yeni prezidentliyi Azərbaycana nə vəd edir?
“Ümidvarıq ki, Trampın növbəti hakimiyyəti dönəmində ABŞ-Azərbaycan münasibətləri daha da normallaşacaq”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə “Cebheinfo.az”-a şərhində 2025-ci ildə yanvarın 20-də inaqurasiya mərasimindən sonra ABŞ-nin prezidentlik postuna yiyələnək Donald Trampın Cənubi Qafqaz siyasəti ilə bağlı suala cavablandırarkən bildirib. Onun sözlərinə görə, Respublikaçıların hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətləri hər zaman normal olubdur: “Trampın birinci hakimiyyəti dövründə biz buna şahidi olmuşuq. Qeyd edim ki, Trampın birinci hakimiyyətinin son dövrlərində Azərbaycan 44 günlük müharibədə torpaqlarını Ermənistanın işğalından azad etdi və bu müharibədə prosesləri özünün
Milli birliyin və bərabərliyin simvolu
"Dünyanın harasında yaşamasından asılı olmayaraq hər kəs azərbaycanlı həmrəyliyini qeyd edir" Qarşıdan milli birliyin və bərabərliyin simvolu olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Sovet imperiyası süqut etdikdən sonra Araz çayının hər iki sahilində yaşayan azərbaycanlılar sərhədə doğru yürüş etdilər. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik Günü bu birləşmək istəyinin
“Bakı-Balakən-Bakı qatarının yenidən fəaliyyətə başlaması mühüm hadisədir”- Millət vəkili
Xəbər verdiyimiz kimi yanvarın 3-dən etibarən Bakı-Balakən-Bakı sərnişin qatarının fəaliyəti yenidən bərpa olunur. 4 illik zaman fasiləsindən sonra belə bir qərarın verilməsi çoxlarımız üçün əsl bayram hədiyyəsidir. Nəzərə alaq ki, sərnişin qatarı əsasən gecə saatlarında işləyəcək. Ona görə də qatardakı vaqonlar əsasən yataq tiplidir. Bu da gecə səyahəti bir sıra üstünlüklər yaradır. İlk növbədə vaxta qənaət olunur. Gecə yol getməklə gündüz saatlarından daha səmərəli istifadə etməyə imkan verir. Sərnişin gündüz saatlarında planlaşdırdığı işləri görüb, axşam yenidən rahatlıqla evinə dönə bilir. Beləcə, sərnişin əlavə vaxt itkisinə
Etibar Məmmədov təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verdi…
AMİP-in fəxri lideri Etibar Məmmədov AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar həlak olan uçuş heyəti üzvləri və sərnişinlərin ailələrinə başsağlığı verib. Siyasətçi Moderator.az vasitəsilə bunları çatdırıb: "Təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına və bütövlükdə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Allah bir daha xalqımıza belə faciələr yaşatmasın!.."
Arzuxan Əlizadə: “Heç bir güzəştdən söhbət gedə bilməz” – MÜSAHİBƏ
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadənin TNS-ə müsahibəsini təqdim edirik: - Arzuxan bəy, dəvətimizi qəbul edib redaksiyamıza gəldiyinizə görə sizə təşəkkür edirik. Söhbətimizə bu yaxınlarda ABŞ-yə səfərinizdən başlayaq. ABŞ Respublikaçılar Partiyasının ev sahibliyi, Beynəlxalq Demokrat İttifaqı (IDU) və ABŞ Liderlər İnstitutunun təşkilatçılığı ilə Vaşinqtonda keçirilmiş “IDU Forum-2024”ə qatılmısınız. Beynəlxalq tədbirə necə dəvət olunmuşdunuz, orada iştirakınızı uğurlu hesab edirsinizmi? - Biz AMİP olaraq, 1999-cu ildən sağ mərkəz yönümlü partiyaları özündə birləşdirən, 80-dən çox ölkədən 100-dən çox təşkilatın təmsil olunduğu Beynəlxalq Demokrat İttifaqının
Afsəddin Nəbiyev: “İnanmıram Moskva ilə heç bir şərt olmadan tezliklə sülh danışıqları olsun”
Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenko deyib ki, 2025-ci ildə Ukrayna ilə heç bir şərt olmadan sülh danışıqları başlanacaq: “İstənilən danışıqlarda kompromislər axtarmaq lazımdır. Ukrayna ilə münaqişənin həlli ilə bağlı danışıqlar, heç şübhəsiz, gələn il başlayacaq. Mən öz fikrimi bir daha bildirirəm. Təbii ki, danışıqlar prosesi mütləq gələn il başlayacaq. Amma mənim fikrimcə, danışıqlar prosesi çox çətin olacaq. İstənilən danışıqlarda kompromislər axtarmaq lazımdır, lakin Rusiyanın səsləndirdiyi əsas şərtlərə ciddi riayət etməklə”. Matviyenkonun sözlərinə görə, pozulmuş İstanbul razılaşmaları Rusiyanın yanaşmalarının təməlini, əsasını ehtiva edir: “Biz bu yoldan