NIPA-30
a

Author: admin_amip

ABŞ Dövlət Departamenti “2023-cü il İnsan Hüquqları Təcrübələri” üzrə dünya ölkələrində insan hüquqlarına dair illik hesabatında həm Azərbaycana qarşı qərəzini, həm də “erməni sevgisini” ortaya qoyub.  Əlbəttə ki, ABŞ-ın bu cür qərəzli hesabatları real vəziyyəti əks etdirməkdən çox, ənənəvi olaraq digər ölkələrə təzyiq aləti kimi istifadə olunur. Bu səbəbdən də ABŞ-ın hər il dünya ölkələrində insan haqlarına dair hesabatını artıq heç bir dövlət  ciddi qəbul etmir. Bunun da əsas səbəbi odur ki, bu cür “hesabatlar”ın  hazırlanması zamanı ikinci və üçüncü dərəcəli ABŞ diplomatlarının fəaliyyət göstərdikləri

"Azərbaycan məmurlarına qarşı sanksiya tətbiqini özündə ehtiva edən qanun layihəsinin Konqresə təqdim olunması xoşagəlməz hadisədir. Qanun layihəsinin kim tərəfindən təqdim olunması faktına və siyahıda kimlərin adının olmasına xüsusi diqqət yetirmək lazımdır".  Bu fikirləri Musavat.com-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib: "Məlumdur ki, qanun layihəsi ABŞ Konqresində erməni lobbisinin əsas fiqurlarından biri olan Dina Titus tərəfindən təqdim olunub. Qanun layihəsinin hazırlanması və təqdim olunmasında ABŞ-də mövcud olan erməni milli konqresinin xüsusi rolu olub. Onu da diqqətə almaq lazımdır k, qanun layihəsindəki siyahıda adları çəkilən şəxslər

Xəbər verildiyi kimi, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub. Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER)

Məlum olduğu kimi, ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patelin Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasına münasibəti Azərbaycanda birmənalı qarşılanmayıb.  Patel bunu Azərbaycanın suverenliyinə hörmət kimi qiymətləndirmək əvəzinə, məsələyə fərqli yanaşıb. Qeyd edib ki, biz Rusiya ordusunun daha dinc və sabit Cənubi Qafqaz regionuna sərmayə qoyduğunu göstərən heç bir şey görmədik və ötən payızda Qarabağda baş verən hadisələr bunun göstəricisidir.  ABŞ-ın sülhməramlıların çıxmasından belə məyus olması ötən il antiterror əməliyyatlarından yaranan situasiyanı xatırladır. Məsələ ondadır ki, 2023-cü ilin antiterror əməliyyatından bir neçə gün əvvəl - sentyabrın 17-də İstanbulda

2020-ci ilin 9 noyabrında əldə olunan üçtərəfli razılaşma ilə Qarabağa gələn Rusiya sülhməramlıları müqaviləyə görə 2025-ci ilə qədər bölgədə qalmalı idi. Həmin dövrün şərtlərinə uyğun olaraq imzalanan müqaviləyə görə, paralel olaraq Rusiya və Türkiyə hərbçilərindən ibarət birgə Monitorinq Mərkəzi də yaradıldı. Amma sonradan bölgədə vəziyyət tamamilə dəyişdi. Azərbaycan ötən ilin 20-21 sentyabr tarixlərində antiterror əməliyyatı keçirərək separatçıları Qarabağdan tamamilə çıxartdı və nəzarəti tam ələ aldı. Bundan sonra Rusiya sülhməramlılarının bölgədə qalmasına heç bir səbəb qalmadı.  Amma müqaviləyə uyğun olaraq sülhməramlılar 2025-ci ilin 9 noyabrına qədər bölgədə

Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsini tərk etməyə başlayıb. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.  Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib: “2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə