NIPA-30
a

Author: admin_amip

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşü planlaşdırılmır. Bunu jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib. Safaryan Mirzoyanla Bayramov arasında yaxın vaxtlarda görüşün olub-olmayacağı ilə bağlı suala belə cavab verib: “Hələlik belə bir məlumat yoxdur”. Xarici işlər nazirinin müavini Ermənistan və Azərbaycanın dövlət sərhədinin demarkasiyası üzrə komissiyanın növbəti iclasını Ermənistan tərəfindən konstruktivliyin təzahürü hesab edir. Burada təəccüb doğuran məqam odur ki, erməni rəsmiləri utanmadan sərhəd görüşü ilə bağlı razılaşmanı “Ermənistanın konstruktivliyi” kimi təqdim edirlər. Ümumən, ikitərəfli görüşlərin hansı biri Ermənistanın təşəbbüsü ilə

“Təcrübə onu göstərdi ki, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında vasitəçilik edən tərəflər ABŞ, Rusiya və Fransa bir çox hallarda öz siyasi və iqtisadi maraqlarını önə çəkməyə çalışırlar. Əslində, onlar vasitəçilik etməklə nə isə əldə etməyi hədəfləyirlər”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında deyib. O vurğulayıb ki, Azərbaycan qalib olaraq şərtləri diqtə edən tərəfdir: “Bu gün sülh müqaviləsi Azərbaycandan daha çox Ermənistana lazımdır. Həmçinin, sərhədlərin delimitasiyası və demarkasiyası da daha çox rəsmi İrəvana sərf edir. Çünki biz torpaqlarımızı işğaldan azad etmişik və əsas

“Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır”. Bu fikri Prezident İlham Əliyev Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib. Ölkə başçısının sözlərinə görə, Ermənistan hökuməti və siyasi isteblişmenti qisas haqqında düşünür: “Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl

“Bu gün Milli Dirçəliş Günüdür. Bu günü xalqımızın öz dəyərlərinə qayıtmasının başlanğıc günü hesab olunmalıdır”.  Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında deyib.  O, həmin günlə bağlı xatirələrini də bölüşüb:  “Yadımdadır ki, 35 il bundan əvvəl 1988-ci ildə tələbə idim. Mən universitetə gələndə artıq məlum oldu ki, hər kəs meydana toplaşır. Biz də tələbə yoldaşlarımızla birlikdə meydana getdik və dekabrın 5-nə qədər meydanlarda qaldıq. Gecə-gündüz tonqal ətrafında Azərbaycanın tarixi, keçmişi və gələcək perspektivləri barədə fikir mübadilələri aparıldı. Həmçinin, o zamanın ziyalıları da xalqın içərisinə

Erməni mediası yazır ki, Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı 10-20 min arasında dəyişir: “Rəsmi rəqəmlərə görə, artıq Qarabağdan Ermənistana köçən 10 mindən çox şəxs, qeyri-rəsmi olaraq isə 20 min nəfər Ermənistanı tərk edib”. Yeri gəlmişkən, təxminən bir ay əvvəl Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ ermənilərinin ölkədə qalmaq istəmədiklərini, davamlı olaraq ölkəni tərk etdiklərini demişdi. Həmçinin qeyd etmişdi ki, ölkəni tərk edən Qarabağ ermənilərinin sayı dəyişir. Belə görünür ki, bu gedişlə Ermənistanda Qarabağ ermənisi qalmayacaq. Onu da nəzərə almaq lazımdır ki, Ermənistanda əzəldən Qarabağ