NIPA-30
a

Author: admin_amip

Cəmiyyətdə ictimai fikrin formalaşmasında ictimai - siyasi xadimlərin mühüm rolu var. Bu baxımdan millət vəkilləri də mühüm pay sahibidirlər. Onların cəmiyyət həyatında oynadıqları rol belə düşünməyə əsas verir ki, parlamentarilər bu və ya digər məsələ ilə bağlı ictimai şüurun formalaşmasında vacib və məsuliyyətli iş görürlər. Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Crossmedia.az saytının növbəti qonağı oldu. O, daxili və xarici siyasətlə bağlı suallarımızı cavablandırdı.  - Arzuxan müəllim, bəzi hallarda müxalifətçilik tamamilə başqa cür başa düşülür. Xaricdə oturub Azərbaycan dövlətini, ali rəhbərliyi tənqid edənlər

Xəbər verdiyimiz kimi Xalq artisti Röya Ayxan 8 Mart Beynəlxalq Qadınlar Günü və Ramazan ayı münasibəti ilə aztəminatlı ailələri sevindirib. Belə ki, müğənni 100 aztəminatlı ailəyə, ən əsası isə qadına maddi yardım edib. Təbii ki, ifaçının bu nəcib addımı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Arzuxan Əlizadə deyib ki, Raya Ayxanın atdığı bu addım olduqca təqdirəlayiqdir: “İmkansız insanlara dəstək olmaq, onlara yardım etmək, ehtiyacı olan insanları təkcə bayram günlərində yox, adi günlərdə də anmaq böyük savabdır, hünərdir. Belə addımları təbliğ etmək lazımdır ki, cəmiyyətdəki

Ölkəmizdə siyasi dialoq mühitinin daha da dərinləşdirilməsi məqsədilə müxtəlif layihələr icra olunur. Azərbaycan ictimaiyyəti son illər ərzində iqtidarın mövcud istiqamətdəki davamlı təşəbbüslərinin şahididir. Siyasi dialoq ilə əlaqədar bütün təşəbbüslər mətbuatda işıqlandırılır və bu məlumatlar ictimaiyyət üçün tam olaraq açıqdır. Qeyd edək ki, siyasi dialoq mühitinin təşviqi ilə bağlı təşəbbüslər institusional və qanunverici müstəvilərdə olmaqla yanaşı, ölkəmizdə yeni siyasi mədəniyyətin formalaşdırılması kimi mühüm sahəni də əhatə edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxış və müsahibələrində siyasətdə sağlam münasibətlərin bərqərar olunması, siyasi dialoq mühitinin əhəmiyyəti və

ABŞ prezidenti Donald Tramp İranla nüvə silahı proqramı üzrə razılaşmanı müzakirə etmək istədiyini bildirib.Tramp bu barədə “Fox Business Network” telekanalına müsahibəsində danışıb. ABŞ lideri martın 6-da İranın Ali lideri Əli Xameneiyə məktub göndərərək, danışıqlar aparacaqlarına ümid etdiyini vurğulayıb. "İran danışıqlara getməsə, bu, onlar üçün çox pis olacaq. İranın nüvə silahı ola bilməz. Başqa variantlar da var", - Tramp deyib.Məktubdan göründüyü kimi, Tramp İrana qarşı təhdid variantını işə salıb.Lakin Trampın təklifinə Xameneinin cavabı mənfi olub. İranın Ali rəhbəri İran ABŞ-la danışıqlar aparmayacaq, çünki Vaşinqton yalnız öz maraqlarını düşünür.Görəsən, İran danışıqlara

Yerli mediada yayılan məlumata görə, Azərbaycan hökumətinin BMT-nin dörd təşkilatının - BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı regional ofislərinin bağlanması təklifi ilə bu qurumlara müraciət etdiyini yazıb. Xəbərin yayılması Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun martın 3-də BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Sonu qəbul etməsindən sonraya təsadüf edib. Məlumata əsasən, görüşdə Azərbaycanın “BMT ilə əməkdaşlıqdakı prioritetlərini yeni dövrün reallıqlarına uyğun və BMT-nin resurslarından daha

Ermənistanın Baş naziri Nikol Paşinyan bölgədə kommunikasiyaların açılması ilə bağlı öhdəliklərindən boyun qaçırır, əvəzində məntiqsiz fikirlər irəli sürür. Onun bir neçə gün əvvəl rəsmi mətbuatda dərc olunmuş regionda mümkün kommunikasiyaların açılmasına həsr olunmuş məqaləsi də məhz yalan və əsassız iddialardan ibarətdir. Baş nazir yazıb ki, Ermənistanın bütün yolları Azərbaycana açıqdır, tranzit yüklərin daşınması üçün də lazım olan ifrastruktur təmin edilib: “Hələ 2022-ci ildə hökumət Ermənistan-Azərbaycan sərhədində üç sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı qərar layihəsini dövriyyəyə buraxmışdı. Bu da Azərbaycanın yük və minik avtomobillərinin Ermənistana