NIPA-30
a

Author: admin_amip

Ədliyyə Nazirliyi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) reyestr məlumatlarının yoxlanılmasını başa çatdırıb və partiyaya bununla bağlı məktub ünvanlayıb.  Bu barədə Yenisabah.az-a partiyanın sədri Arzuxan Əlizadə məlumat verib. O qeyd edib ki, 65 rayon ərazisindən təqdim olunan 7212 partiya üzvü haqqında məlumatların yoxlanılması zamanı vəfat etmiş, texniki səbəblərlə adı təkrar olunan, AMİP üzvü olmadığını bildirən və adları başqa partiyaların təqdim etdiyi siyahılarla üst-üstə düşən şəxslərin ümumi sayı təqribən 1000 nəfər olub, 3000-dən artıq şəxsin isə reyestr məlumatlarında dəqiqləşdirmələrin aparılması zəruri hesab edilib. "Ancaq bu heç də yalnız yerdə qalan 3200-ə

“Sülh müqaviləsi imzalana bilər, ancaq əsas məsələ ondadır ki, ictimai müstəvidə barışığa doğru addımlar atılsın və onlardan birincisi ermənilər tərəfindən öz günahlarının etiraf edilməsidir”. Bunu Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib. Ölkə başçısının sözlərinə görə, bəlkə İkinci Qarabağ müharibəsindəki bu acı məğlubiyyət onlara dərs olacaq: “Və onlar oturub fikirləşəcəklər ki, bundan sonra bu bölgədə necə yaşasınlar, öz günahlarını etiraf edəcəklər, öz cinayətlərini etiraf edəcəklər, cinayətkarları məsuliyyətə cəlb edəcəklər. Artıq bu proses başlayıb. Ermənistanda əli Azərbaycan

Ermənistanın baş naziri Nikol Paşinyan “Frans Press” agentliyinə müsahibəsində Azərbaycanla sülh prosesindən danışıb. Baş nazir vurğulayıb ki, o, Azərbaycanla davamlı sülhə inanmasaydı, ümumiyyətlə, danışıqlar prosesində iştirak etməzdi. Buna baxmayaraq, Paşinyan ənənəvi böhtanını yağdıraraq, guya Qarabağda humanitar böhran yaşandığını, azərbaycanlıların erməni icmasından qisas aldığını da iddia edib: “Məncə, danışıqların gedişinə mane olan ən mühüm şey Azərbaycanın davam edən aqressiv ritorikası, nifrətin qızışdırılması, ermənilərə və hər bir erməniyə qarşı nifrət aktları, “Dağlıq Qarabağ” ermənilərindən qisas almaq siyasətidir”. Paşinyan bildirib ki, bu prosesdə onun qırmızı xətləri Ermənistanın ərazi bütövlüyü

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “Rusiya sülhməramlılarının 2025-ci ilə qədər Qarabağı tərk etməli olduğu” barədə bəyanatına münasibət bildirərkən deyib ki, Ankara bu məsələdə tərəf deyil: “Ankara Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının tərəfi deyil”. Zaxarovanın sözlərinə görə, Rusiya sülhməramlı kontingenti məhz bu sənəd əsasında münaqişə zonasına yerləşdirilib və bu sənəd həm kontingentin regionda qalma müddətini, həm də onun daha beş il müddətinə mümkün uzadılmasının parametrlərini aydın şəkildə əks etdirir: “Cənubi

Artıq elə vəziyyət yaranıb ki, Rusiyada ən qatı ermənipərəst ekspertlər belə Qarabağda separatçıların perspektivi olmadığına eyham vurur və bunu gizlədə bilmirlər. Bu arada Rusiyanın Yaxın Şərq İnstitutunun sədri Yevgeni Satanovski deyib ki, Qarabağda idarəetmə İlham Əliyevdədir: “Müddət 2025-ci ildə başa çatır. Bundan sonra Rusiya sülhməramlılarının Azərbaycan ərazisində olmasına heç bir əsas yoxdur. Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığı vaxtdan münaqişə həll olunub, bu isə o deməkdir ki, orada idarəetmə İlham Əliyevdədir”. Satanovski onu da bildirib ki, İlham Əliyevin Qarabağda sülhməramlı saxlamaq üçün

Partiyalar haqqında yeni qanun qüvvəyə minəndən 31 partiya öz təşəbbüsü ilə ləğv olunub. “Siyasi partiyalar haqqında əvvəlki qanunda min nəfər üzvü siyasi partiya dövlət qeydiyyatından keçirir və Ədliyyə Nazirliyində müvafiq qeydiyyat məsələlərini həll edirdi. Yeni qanun qəbul olunandan sonra bu üzvlərin sayı beş min nəfərə artırıldı. Qanuna müvafiq olaraq partiyalara altı ay müddət verilmişdi. Görünən bundan ibarətdir ki, bu müddət ərzində bir sıra partiyalar üzvlərinin sayını beş minə çatdıra bilmədilər. Səbəblərdən biri budur. Digər səbəb, partiya üzvlərinin yeni yaranmış siyasi sistemdə bu və ya digər

Bu ilin yanvarında “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə minəndən sonra Azərbaycanda artıq 28 partiya özünü buraxdığını, üç partiya isə yenidən qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməyəcəyini elan edib. Son olaraq bu sıraya Azərbaycan Liberal Partiyası (ALP), Azərbaycan Yüksəliş Partiyası (AYP), Cümhuriyyət Xalq Partiyası (CXP) və Vətəndaş və İnkişaf Partiyası (VİP) qoşuldu. Yerdə qalan partiyalar isə 5 min həcmdə üzv saylarını, onların telefon nömrə və başqa göstəricilərini iyulun 11-nə, yəni bu günədək Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Əks halda, onların fəaliyyəti qanunsuz sayılacaq. Çünki yeni qanunda