“Bu, Türkiyənin Həm Rusiyaya, həm də Ermənistana verdiyi mesajdır”
Rəcəb Tayyib Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk edəcəyinə dair açıqlaması maraqla izlənir. Türkiyə prezidentinin bunu NATO sammitində - Ukraynada müharibənin başlanmasından sonra Qərb cəbhəsinin Rusiyaya qarşı yekdil mövqeyinin sərgiləndiyi Vilnüsdə elan etməsi xüsusilə diqqət çəkir. Türkiyə Prezidenti Vilnüsdə 10 noyabr sazişindən irəli gələn rus hərbçilərinin qalma müddətini xatırlatmaqla kimə hansı mesajları vermiş oldu? Bu istiqamətdə versus.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, cənab Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ilə qədər ərazilərimizi tərk edəcəyi ilə bağlı çıxışı etməsi birmənalı olaraq mesaj idi. Onun fikrincə, bu
Brüssel sülh axtarışında – Təhlil
Yaxın günlərdə Brüsseldə Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı yüksəksəviyyəli görüşün keçirilməsi gözlənilir. Qeyd edək ki, son aylarda sülh danışıqları ilə bağlı proseslər intensiv mahiyyət daşıyır. Xüsusilə də, bu məsələdə Vaşinqton və Brüsselin fəallığı müşahidə olunur. Artıq rəmi Bakı görüşün olacağının anonsunu da verib. Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır: «Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi
Azərbaycandan qəti mövqe: Dünya bununla hesablaşmalıdır
“Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz”. Bu fikri Prezident İlham Əliyev cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib. Dövlət başçısı vurğulayıb ki, bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər: “Heç kim bizim iradəmizə təsir edə bilməz. Bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik”. Qeyd edək ki, artıq dünya Azərbaycanın gücü və yaratdığı reallıqlarla hesablaşır. Heç şübhəsiz ki, bunun əsas səbəbi də Prezident İlham
“Qarabağda ermənilərdən ibarət silahlı dəstə, rusların saxladığı ordudur!” – Arzuxan Əlizadə – VİDEO
TV Müsavat-ın canlı efirinin qonağı AMİP sədri Arzuxan Əlizadə olub. Musavat.com xəbər verir ki, Arzuxan Əlizadə deyib: "Qarabağdakı erməni silahlıları Rusiyanın orada saxladığı ordudur. Erməni əsilli olsalar belə mənşəyi bilinməyən qruplaşmadır. Xaricdən gələnlər var, terrorçular var". Ətraflı videoda: https://www.youtube.com/embed/U9czrBJS5lQ
“Rus sülhməramlılar bayrağımızı təhqir etdi – CAVAB VERİLMƏLİDİR” – sərt reaksiya
"Azərbaycan bayrağı təhiq olunub. Dövlət atributuna qarşı vandalizm aktı həyata keçirilib. Bunun cavabı verilməlidir. Türkiyə bayrağına o cür davransaydılar, başına torba keçirib, gətirib, cəzalandırardılar". Sitat.info xəbər verir ki, bu sözləri "sitat tv"nin canlı yayınında AMİP sədri Arzuxan Əlizadə deyib. Partiya sədri bildirib ki, Rusiya hazırkı durumda bizimlə silahlı münqişəyə girmək istməməz: " Çünki, Türkiyə amili var. Ümumiyyətlə, Azərbaycan və Türkiyə bugünki gündə nəfəslik rolu olynayır. Rusiya da öz nəfəsliyini sona qədər bağlamaq istəməz. Ona görə də bunun cavabı verilməlidir". https://www.youtube.com/embed/PII5UIrpZO4 Məğrur, Sitat.info
Sülh danışıqları: İrəvan əlavə söz-söhbət yaradır
"Görünən odur ki, ABŞ-da keçirilən görüşlərdə Azərbaycan və Ermənistan arasında sülh müzakirələri daha detallı müzakirə olunur". Bu barədə Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Partiya rəhbəri vurğulayıb ki, Azərbaycan və Ermənistan XİN başçıları arasında Vaşinqtonda keçirilən hər iki görüş bir neçə gün davam edib: "Sonuncu görüşdən sonra ABŞ Dövlət Departamentindən açıqlama verildi ki, iki ölkə arasında münasibətlərin normallaşmasını nəzərdə tutan sülh sazişində müəyyən irəliləyişlər var. Vurğulandı ki, sülh müqaviləsi ilə bağlı detallı müzakirələr getməkdədir. Ermənistan baş naziri Nikol Paşinyan da verdiyi açıqlamada bəyan etdi
Partiya sədri: “İran buna məcburdur”
“Birmənalı şəkildə Azərbaycan bütün qonşu dövlətlərlə münasibətlərini müsbət mənada tənzimləyir. İran xarici işlər nazirinin Azərbaycan dövlət başçısı ilə görüşünü müsbət dəyərləndirmək olar. Həmçinin onun səsləndirdiyi fikirlər də müsbət mənada qəbul edilə bilər”. Bunu TNS-ə açıqlamasında Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Partiya sədri bildirib ki, İran rəsmisinin sözləri gərək əməldə də özünü doğrultsun. “Biz son illər ərzində şahid olmuşuq ki, İran rəsmilərinin ölkəmizə qarşı sərgilədiyi mövqe normal olmayıb. Və ya onların sözləri bəzən məkandan asılı olaraq üst-üstə düşməyib. İran rəsmilərinin səmimiliyinə inanmaq da mümkün deyil. Yalnız