NIPA-30
a

Mass media

“Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir”. Bu sözləri Prezident İlham Əliyev ötən gün xalqa müraciətində deyib. Dövlətimizin başçısı vurğulayıb ki, antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət və peşəkarlıq göstəriblər: “Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət

"Yevlax görüşünün nəticələri ilə bağlı danışmaq hələ tezdir. Amma görüşün mövzusu Qarabağ ermənilərinin reinteqrasiya prosesinin həyata keçirilməsi istiqamətində atılacaq addımların müzakirəsi ilə bağlı idi". Bu sözləri politoloq Rəşad Bayramov HİT.az-a açıqlamasında deyib. O bildirib ki, Azərbaycan tərəfinin prosesə baxışı, prosesin hansı istiqamətdə həyata keçiriləcəyi və nə kimi addımların atılacağı görüşdə müzakirə olundu: "Böyük ehtimalla, bununla bağlı Azərbaycan nümayəndə heyəti erməni icmasının nümayəndələrinə müvafiq məlumatlar verib. Yəqin ki, onlar da bu məlumatları hal-hazırda Xankəndi və ətrafında yaşayan erməni icmasının fərdlərinin nəzərinə çatdıracaqlar. Təbii ki, proses Azərbaycanın istəyinə uyğun

Moskva Bakı və İrəvanla Qarabağla bağlı təmasları davam etdirir və hər iki tərəfi təmkinli olmağa çağırır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib. Daha sonra Peskov fikirlərini belə əsaslandırıb: “Şübhəsiz, biz gərginliyin azalmamasından və hətta bəzi hissələrdə artmağa meylli olmasından narahatıq. Heç nəyə baxmayaraq, Rusiya təhlükəsizliyin etibarlı təminatçısıdır. Biz həm İrəvanla, həm də Bakı ilə təmaslarımızı davam etdiririk. Əlbəttə ki, hər iki tərəfi təmkinli olmağa və iki il bundan əvvəl imzalanmış üçtərəfli razılaşmalar ruhunda hərəkət etməyə çağırırıq. Əlbəttə, o vaxtdan bəri formalaşan yeni

Rusiya tərəfi növbəti dəfə Azərbaycanla bağlı təxribatçı açıqlama verib. Belə ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkəmizlə bağlı absurd fikirlər səsləndirib. O, keçirdiyi brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində keçirdiyi “seçkilər”i tanımamasına təpki göstərib: “Nəyə görə bu şərh verilib? Belə qiymətləndirmələr bizim tərəfimizdən qəbul oluna bilməz. Bu, qəbuledilməz qiymətləndirmədir və ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin səviyyəsinə uyğun gəlmir. Ona görə də diplomatik xətlə Azərbaycan tərəfinə demarş edilib. Belə diplomatik ifadə var.  Hesab edirik ki, Bakı bizim ölkəmizin ərazi bütövlüyü məsələsinə, tərəfdaşımızın bizdən onun ərazi

Məlum olduğu kimi, Xankəndidəki qondarma separatçı qurumda keçirilən “prezident seçkisi” ilə bağlı əksər aparıcı dövlətlər, beynəlxalq təşkilatlar  və Avropa İttifaqı bəyanat yayaraq, bu “seçkini”, onun “nəticələrini” qəbul etmədiklərini bildiriblər. Lakin Ermənistandakı revanşist, qatı millətçi və rusiyapərəst qüvvələr bu “seçkini” böyük uğur kimi qələmə vermək istəyirlər. Onlar həmçinin, Paşinyan hökumətini də rəsmən Xankəndidəki “seçki şousu”nun nəticələrini qəbul etməyə və separtatçıların yeni “lideri” Samvel Şahramanyanı təbrik etməyə çağırırlar. Belə ki, “Daşnaksutyun” partiyasının parlamentdəki nümayəndəsi Qeqam Manukyan Nikol Paşinyanı indiyə kimi Şahramanyanı təbrik etmədiyinə görə tənqid edib. O, artıq

Ermənistanın “Humanitar Minatəmizləmə və Ekspertiza Mərkəzi”nin mətbuat xidməti məlumatına görə, İranlı mütəxəssislər Ermənistanda minatəmizləmə işlərinə cəlb olunacaqlar. Məlumatda qeyd edilir ki, avqustun 29-dan sentyabrın 2-dək Mərkəzin rəhbəri Vahinak Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti İranda rəsmi səfərdə olub. Erməni mütəxəssislərin iranlı həmkarlar tərəfindən ixtisaslaşmış müəssisələrdə hazırlanması məsələsi müzakirə olunub: “İranın Minalardan Təmizləmə Mərkəzi tərəfindən Ermənistanda humanitar minatəmizləmə işlərinin aparılması və mümkün olarsa, iranlı mütəxəssislərdən ibarət nümayəndə heyətinin göndərilməsi məsələsi də müzakirə edilib”. Qəribədir ki, indiyə qədər İran minatəmizləmə ilə bağlı bir dəfə olsun Azərbaycanana humanitar yöndə təklif

TV Müsavat-ın canlı efirinin qonağı AMİP sədri Arzuxan Əlizadə olub.  Arzuxan Əlizadə siyasi partiyalarla bağlı yeni qanunun qəbulu ilə bağlı danışıb. O, bildirib ki, özünü radikal müxalifət kimi tanıdan az sayda partiya var ki, bu prosesi pislədilər, əslində isə həmin güclər illər ərzində hakimiyyətə gəlmək uğrunda deyil, müxalifət arasında birincilik uğrunda mübarizə aparıblar.  Ətraflı videoda: https://www.youtube.com/embed/RxAAi3Yvn6o

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. AMİP sədri Arzuxan Əlizadə Musavat.com-a məlumatı təsdiqləyib. O, xatırladıb ki, əvvəlki qanun 30 il öncə qəbul edilmişdi buna görə də yeni qanunun qəbul edilməsi zəruri idi: “Bu proses siyasi partiyalara özünü təftiş etmək üçün fürsət yaratdı. Yerli təşkilatları yenidən siyahıya aldıq. AMİP 7200 nəfərlik siyahı təqdim etmişdi, ikinci mərhələdə 5875 nəfərlə qeydiyyatdan keçdik. Partiyamız köklü partiya olduğu üçün üzvümüz daha çoxdur. Ümumiyyətlə, bu proseslə bağlı siyasi cameədə uzun müddət danışıqlar gedib. Azərbaycan siyasi tarixində ilk dəfə partiyalar Milli

Bu dəfə revanşist rejimin əsarətində olan ermənilərə çörəklə uzatdığımız əlin necə qarşılanacağı və bu humanist addımın erməni xalqında hansı hissi doğuracağı sualı ilə qarşı-qarşıyayıq. Bakıdan Xankəndidə yaşayan erməniəsilli sakinlər üçün Ağdam yolu ilə göndərilən humanitar yük separatçı erməni ruhunu yumşalda biləcəkmi?  Maraqlıdır, Azərbaycanın ermənilərə humanitar yardımı regiona nə vəd edir? Politoloq Rəşad Bayramov bildirir ki, Azərbaycanın Qarabağda yaşayan ermənilərə göndərdiyi humanitar yardım erməni iddialarında hər hansı dəyişikliyə səbəb olmayacaq.  Onun fikrincə, separatçı rejim Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul etməyəcək. Politoloq hesab edir ki, Azərbaycan bu addımla

Qarabağdakı qanunsuz rejim ləğv olunmalı və tərksilah edilməlidir. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” (Tvitter) sosial şəbəkəsindəki səhifəsində yazıb. Daha sonra Prezidentinin köməkçisi bunları qeyd edib: “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tədarük etdiyi buğda unundan mənşəyinə (Azərbaycan) görə imtina qanunsuz marionet rejimin dəstəklədiyi irqçiliyin təzahürüdür. Azərbaycan artıq öz öz ərazisində “boz” nəzarət olunmayan zonanın olmasına göz yuma bilməz. Qanunsuz rejim ləğv olunmalı və tərksilah edilməlidir”. Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli