Yeni müharibə riski
"Azərbaycan və Ermənistan arasında yenidən genişmiqyaslı müharibə başlaya bilər". Bunu erməni diplomat, Ermənistanın birinci prezidentinin müşaviri və 1991-1997-ci illərdə Qarabağ üzrə danışıqlar aparan Jirayr Liparityan Ermənistanın İctimai televiziyasının efirində deyib. Onun sözlərinə görə, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaması regionda ciddi fəlakətlərə gətirib çıxara bilər: “Əgər rəsmi İrəvan indi Azərbaycanla sülh müqaviləsi imzalamasa, yeni müharibə başlayacaq və Ermənistan yeni itkilər verəcək”. Ümumiyyətlə, Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamaqdan boyun qaçırdığı təqdirdə iki dövlət arasında yeni müharibənin başlaması ehtimal oluna bilər. Məsələ ilə bağlı politoloq Rəşad Bayramov Cebhe.info-ya bildirib ki, belə bir vəziyyətdə
Afsəddin Nəbiyev: “Kopırkin yalan və böhtana əl atmaqla tamamilə əsassız fikirlər səsləndirib”
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Ermənistan”a müsahibəsində diplomatik normalardan kənara çıxaraq Qarabağla bağlı əsası olmayan fikirlər səsləndirib: “Getdikcə çətinləşən şərtlərə baxmayaraq, aydın başa düşmək lazımdır: əgər Rusiya olmasaydı və onun sülhməramlıları bölgəyə daxil olmasaydı, bu gün Dağlıq Qarabağın həmin hissəsindəki Stepanakert olduğu formada qalmayacaqdı. Mən başa düşürəm ki, əhalidə müəyyən məyusluq hissi var, nəzərə alsaq ki, hansısa zorakı hərəkətlər baş verir, indi Laçın dəhlizi bağlanıb
Bu, Paşinyan və Rusiya tərəfindən planlaşdırılan birgə təxribatlardır – Politoloq
“Artıq işğalçı Ermənistanın nazı ilə oynamağın zamanı bitib. Çünki buna nə vaxtımız, nə də həvəsimiz var. Əgər hər gün erməni təxribatlarının, öz ərazilərimizdə mina qurbanlarının şahidi oluruqsa, yaralılarımız, şəhidlərimiz olursa, bu o deməkdir ki, danışıqlar prosesi fayda vermir”. Bunu hafta.az-a politoloq Rəşad Bayramov Ermənistan ordusunun mayın 10-dan başlayaraq Azərbaycan ərazilərini minaatanlardan atəşə tutması və Brüssel danşıqlarından əvvəl gərginliyin yaradılmasının daha çox hansı qüvvələrə faydalı olması ilə bağlı şərhində bildirib. Politoloq bildirib ki, mayın 10-dan bu gün səhər saatlarına qədər davam edən erməni təxribatları Ermənistanın sülh prosesində
Arzuxan Əlizadə: “Qafqaz xalqları birgə əməkdaşlıq çərçivəsində regionda sülh və sabitliyi təmin etməlidir”
Bu günlərdə Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda sualları cavablandırarkən Prezident İlham Əliyev Qafqazla bağlı önəmli məqamlara toxundu. Ölkə başçısının fikrincə, Şimali Qafqazda sabitliyin təmin olunmasında Azərbaycanın önəmi artır: “Qafqaz mürəkkəb bir ərazidir, təəssüf ki, Balkan ölkələri kimi. Balkan ölkələri və Qafqaz dünyanın ən gözəl guşələrindən biridir, lakin ən mürəkkəb və faciəvi tarixə malik olanlar da onlardır. Biz Şimali Qafqazda qardaşlarımızın faciəvi tarixini bilirik. Onlar da Cənubi Qafqazda olan azərbaycanlıların faciəvi tarixini bilirlər. Qafqazda ayırıcı xətlər, inzibati sərhədlər,
Azərbaycanın “NATO siyasəti” Ukrayna və Gürcüstandan ağıllı çıxdı…
Afsəddin Nəbiyev: “Dövlətimiz digər platformalarda da uğurlu xarici siyasətini bu formatda davam etdirməlidir” “Biz əməli nəticələrə çevrilməyən bəyanatlardansa, həmişə praktiki addımlar yolunu seçmişik”. Bu sözləri Prezident İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında söyləyib. Ölkə başçısının sözlərinə görə, Ukrayna və Gürcüstana illər əvvəl verilən vədlərə əməl olunmadı: “NATO on beş il bundan əvvəl Ukraynaya və Gürcüstana NATO üzvlüyünü vəd etmişdir. Bu mənim xatirəmdədir. Mən NATO-nun Buxarestdəki Zirvə görüşündə iştirak edirdim və Ukrayna ilə Gürcüstan bəzi aparıcı Avropa
Ermənistan yeni ağa axtarışında: Yenə dalana dirənəcək
“Otuzillik işğal Ermənistana heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar”. Bu fikirləri Prezident İlham Əliyevin cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib. Göründüyü kimi, Azərbaycanın Qarabağla bağlı mövqeyi sabit olaraq qalır. Məqsəd bölgədə daimi sülhün əldə olunmasıdır. Bu baxımdan,
“İran bu cür düşmən siyasəti yürüdürsə, heç bir normallaşmadan söhbət gedə bilməz” – Arzuxan Əlizadə
Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun əməkdaşları İran tərəfindən “arzuolunmaz şəxs” elan edilərək ölkədən çıxarılıb. Azərbaycan XİN də yayılan məlumatı təsdiq edib və verilən açıqlamada qeyd olunub ki, ölkəmizə qarşı atılmış bu addım bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir. Bəs bütün bunlardan sonra İran-Azərbaycan münasibətləri hansı istiqamətdə davam edəcək? İranın son vaxtlar münasibətlərin normallaşması istiqamətində atdığı addımlardan sonra diplomatların ölkədən çıxarılması kimi bir radikal qərar verməsinin, zaman-zaman Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanı hədələməsinin arxasında nə durur? Sitat.info-ya açıqlamasında bu sualı
Əliyev Ermənistanın son 30 ildəki vəziyyətini özlərindən çox dərin təhlil etdi…
Arzuxan Əlizadə: “Bu dəfə də Ermənistan əvvəlki səhvləri təkrarlasa, nəticəsi onlar üçün daha ağır olacaq” “Otuz illik işğal onlara (Ermənistana) heç bir üstünlük vermədi”. Bu sözləri Prezident İlham Əliyev Şuşada keçirilən konfransda sualları cavablandırarkən deyib. Ölkə başçısının sözlərinə görə, onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər: “Möcüzəni, dəyişiklikləri gözləyirlər. Hesab edirəm ki, onlar imkanları əldən verəcəklər. Çünki demək olar ki, otuz illik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, onlar
Lentsov da sonunu gətirir: “Azərbaycanı tez tərk etməli olacaq”
“Ermənilər özləri də çox yaxşı anlayırlar ki, sərhəddə qurduğumuz nəzarət-buraxılış məntəqəsindən geri dönüş yoxdur. Azərbaycan 1991-ci ildən bu yana sərhədlərini tam olaraq bərpa edib. Bu da növbəti uğurdur”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında deyib. O, Laçın-Xankəndi yolunda qurulan nəzarət-buraxılış məntəqəsində skayner aparatlarının qoyulduğunu və keçən yüklərin yoxlanılması ilə bağlı çox ciddi mövqe nümayiş etdirildiyini diqqətə çatdırıb: “Əslində Rusiyanın bu cür manevrlər etməsi və sülhməramlıların komandanının separatçılarla görüşərək, onlara ümid verməyinin məqsədi erməniləri bu mərhələdə incik salmamaqdır. Çünki Rusiya tərəfi də çox
Yeni siyasi vəziyyət ortaya çıxıb: Kremlə “əzələ nümayişi”
Ermənistan Birləşmiş Millətlər Təşkilatında Rusiya əlehinə qətnamənin lehinə səs verib. Qeyd edək ki, aprelin 30-da BMT-nin Baş Assambleyasının növbəti iclasında Ermənistan, Qazaxıstan, Çin, Türkiyə daxil olmaqla bir çox dövlətlər Rusiyanı təcavüzkar adlandıran qətnamənin qəbul olunmasına səs veriblər. Bildiyimiz kimi, Ermənistan və Qazaxıstan Rusiyanın rəhbərlik etdiyi KTMT-nın üzv dövlətləridir, Çin isə Rusiyanın geostrateji müttəfiqi hesab olunur. Əvvəllər, BMT-nin iclaslarında Rusiya ilə bağlı məsələlərdə bitərəf və ya Moskvanın xeyrinə mövqe tutan İrəvan və Astana, eləcə də Pekinin Rusiyanın əleyhinə sənədə dəstək verməsi təəccüb doğurmaya bilməz. Onların addımları heç