NIPA-30
a

Mass media

Xəbər verdiyimiz kimi, ötən gün Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş baş tutub.  Görüş təxminən 40 dəqiqə davam edib. Tərəflər Ukraynada müharibənin diplomatik yollarla dayandırılması, taxıl koridorunun fəaliyyəti və digər məsələləri də müzakirə ediblər.  Bundan əvvəl Lvovda Ukrayna Prezidenti Vladimir Zelenski ilə BMT baş katibi Antoniu Quterreşin təkbətək görüşü olub. Görüşdə Ukrayna-Rusiya müharibəsi, Ukrayna limanlarından gəmilərlə taxılın çıxarılması və humanitar məsələlər müzakirə olunub. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenski arasında

“Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsinin aşkarlanması heç də təəccüblü deyil. Çünki ermənilər çıxmağa məhkum olduqları yerləri ya yandırırlar, ya xaraba vəziyyətə qoyurlar, ya vandallıq edirlər, ya da ki, minalayırlar. Biz dəfələrlə bu cür halların şahidi olmuşuq”.

"Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil". Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində söyləyib. Prezident bildirib ki, həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir.

Çox da uzaq olmayan bir tarixdən danışacam. Yaşıdlarımın hər gününü, hər saatını, dəqiqəsini, anını ağrıyla, acıyla xatırladıqları, ağlasığmaz hadisələriylə, qan donduran olaylarıyla, insanlığa yaraşmayan vəhşilikləriylə, içimizdə dərin bir çarəsizlik uçurumu yaratmış özbaşınalıqlarıyla xatırladıqları, yaşlı nəslin özləriylə haqq dünyasına daşıdıqları, yeni nəslin isə yalnız kitablardan oxuyub böyüklərin xatirələrindən dinlədikləri həmin o dəhşətli keşmişdən. Müstəqilliyimizə uzanan kirli əllərdən, dövlətçiliyimizi sarsıdacaq xarici həmlələrdən, ermənilərin torpaqlarımıza təcavüzündən, demokratiya çağırışlarımızın qan gölündə boğulmasından, ölkədaxili hərc-mərclikdən, xaosdan…daha nələrdən, nələrdən… Və bu cür nizamsızlıq, qarmaqarışıqlıq içində xalqımızı və dövlətçiliyimizi qorumağa layiq