NIPA-30
a

Official documents

Xəbər verildiyi kimi, AMİP sədri Arzuxan Əlizadə və AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev 7-10 iyun tarixlərində Avropa parlamentinə keçirilən seçkiləri izləmək məqsədilə İsveçin paytaxtl Stokholmda səfərdə olublar. Səfər İsveçin hazırda hakimiyyətdə olan Moderat partiyasının dəvəti ilə baş tutub. Partiyanın Mətbuat Xidmətinin yaydığı məlumata görə, səfər çərçivəsində AMİP nümayəndə heyəti ilə İsveçin Xarici işlər naziri Tobias Bilström də daxil olmaqla Moderat partiyasının rəhbərliyində təmsil olunan yetkililər, o cümlədən İsveç parlementinin və Avropa parlamentinin Moderat partiyasından olan deputatları ilə görüşlər keçirilib, gələcək əməkdaşlıq məsələləri

Cari ilin 6-9 iyun tarixləri aralığında Avropa İttifaqına üzv olan ölkələrdə Avropa Parlamentinə növbəti seçkilər keçiriləcəkdir. Azərbaycan Milli İstiqlal Partiyasının uzun illərdən bəri əməkdaşlıq etdiyi  İsveçin hazırda hakimiyyətdə olan Moderat partiyası Avropa Parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün AMİP rəhbərliyinə dəvət məktubu göndərib. Bu məqsədlə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə və beynəlxalq əlaqələr üzrə sədr müavini Elşən Mustafayev 7-10 iyun tarixlərində İsveçin Stokholm şəhərində səfərdə olacaqlar.  Səfər çərçivəsində Moderat partiyasının rəhbərliyi, İsveç parlamentinin üzvləri, həmçinin, Moderat partiyasından Avropa Parlamenti üzvlüyünə namizədlərlə görüşlərin keçiriləcəyi, həmçinin,

Bu gün Azərbaycan Milli İstiqlal Partiyası fəxri lideri, Etibar Məmmədovun doğum günüdür .Milli İstiqlalçılar olaraq AMİP adlı böyük, demokratik prinsiplərə söykənən, beynəlxalq nüfuza malik partiyada bir ailə kimi fəaliyyət göstərmək imkanı yaratdığına, həmçinin bu illər ərzində özümüzə çoxsaylı sadiq dostlar qazandığımıza görə Etibar bəyə minnətdarlığımızı bildiririk. Əziz Etibar bəy!Sizə sonsuz sayğılarımızı bildirməklə yanaşı, doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Ulu tanrıdan Sizə möhkəm can sağlığı, uzun ömür, gələcək işlərinizdə və fəaliyyətinizdə bundan sonra da böyük uğurlar arzulayırıq.Sonsuz sayğılarla, Milli İstiqlalçılar!

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının AMİP Bakı şəhəri rayon təşkilatları sədrlərinin iştirakı ilə növbəti genişləndirilmiş iclası keçirilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub və cari ildə keçirələk seçkilər, həmçinin Referendum keçirələcəyi ehtimalı nəzərə alınaraq AMİP Seçki Qərərgahının formalaşdırılması məqsədəmüvafiq hesab edilib. Bu məqsədlə AMİP Ali Məclisinin iclasının çağırılması barədə qərar qəbul edilib. Siyasi Şura həmçinin, AMİP sədrinin Təşkilat məsələləri, Seçkilər və Bələdiyyələrlə iş, Beynəlxalq məsələlər və Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müavinlərinin cari ildə görüləcək işlərlə bağlı təqdim etdikləri fəaliyyət proqramlarını dinləyib və

Azərbaycan Milli İstiqlal Partiyası fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.Bəyanatda deyilir: "Azərbaycan Milli İstiqlal Partiyası növbədənkənar Prezident seçkiləri elan olunduqdan dərhal sonra seçkilərdə iştirakla bağlı məsələni Partiya daxilində ətraflı müzakirəyə çıxarıb. AMİP Siyasi Şurası 15 dekabr 2023-cü il tarixdə müzakirələri yekunlaşdırmaqla müvafiq Qərar qəbul etmiş və 7 fevral 2024-cü il Prezident seçkilərində Partiyanın öz namizədi ilə iştirakı məqsədəuyğun hesab edilməsə də çoxsaylı partiya üzvləri tərəfindən seçkiləri müşahidə missiyasının həyata keçirilməsi qərara alınıb. Partiyanın ölkə üzrə yerli rayon təşkilatlarının verdiyi məlumatlara əsaslanaraq, o

Yanvarın 16-da Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının 2024-cü ildə ilk iclası keçirilmişdir. Gündəlikdə duran məsələlərdən biri və başlıcası 20 Yanvar Anım gününün 34-cü ildönümünə hazırlıq işləri və görüləcək tədbirlər planı müzakirə olunub müvafiq qərarlar qəbul edildi. Başda AMİP lideri Etibar Məmmədov olmaqla AMİP-çilər ənənəvi olaraq yanvarın 20-də Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda həlak olanların xatirəsini ehtiramla yad edəcəklər. Daha sonra qarşıdan gələn növbədənkanar Prezident seçkilərində AMİP-in müşahidəçilik missiyası, səsvermə günündə ölkənin bütün ərazisində seçki prosesini izləmək üçün AMİP təmsilçilərinin cəlb olunması məsələsi geniş

AMİP Siyasi Şurasının genişləndirilmiş iclası keçirimişdir. İclasda növbədənkənar Prezident seçkiləri ilə bağlı məsələ müzakirə olunmuşdur. Müzakirələr zamanı 7 Fevral 2024-cü il növbədənkənar Prezident seçkilərinin ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək seçki kimi tarixə düşəcəyi xüsusi olaraq qeyd edilmişdir.Partiyanın Siyasi Şurası növbəti ildə Parlament və Bələdiyyə seçkilərinin reallaşacağı, eləcə də referendum keçiriləcəyi ehtimalını nəzərə alaraq partiya resurslarının növbəti ildə məhz bu istiqamətlərə istifadə edilməsini məqsədəuyğun hesab etmiş və Azərbaycan Milli İstiqlal Partiyasının Prezident seçkilərində öz namizədi ilə iştirak etməməsi haqqında qərar qəbul etmişdir.AMİP Siyasi