
Loqonun içərisində rənglər bayraqdan götürülüb, ağ rəng paklığı ifadə edir. Emblemdəki ox partiyanın daşıdığı mühüm prinsipi özündə əks etdirir. Bunlar vətənçilik (azərbaycançılıq), hürriyyətçilik, milli dövlətçilik, milliyyətçilik, öncüllük-müasirlik və istiqlalçılıqdır.
Birinci qurultayadək emblemin ilkin versiyasında qılınc işarəsi olsa da, daha sonra bu aypara ilə əvəzlənmişdir. Qurultayda ağ fonda “Azərbaycan MİP” yazan, qırmızı ay-ulduzlu, məşəl formasında sarı rəngdə nöqtəsi əvəzinə dalğalanan üçrəngli bayraq olan “İ” hərfi yazılmış alternativ emblem də seçilmişdir.
Partiyanın bayrağı ağ ipək parçanın üzərində qeyd olunan emblemin əksindən ibarətdir.