NIPA-30

Member to Political Council of National Independence Party of Azerbaijan

Zahid Hüseyn oğlu Qarayev

Zahid Hüseyn oğlu Qarayev

Zahid Hüseyn oğlu Qarayev 15 iyul 1965-ci ildə Bərdə rayonunda anadan olmuşdur.

1982-ci ildə Bərdə rayon 6 saylı orta məktəbi bitirmişdir. 1983–1985-ci illərdə hərbi xidmətdə olmuşdur.1986-cı ildə Krivoy Roq Dağ-Mədən İnstitutunun İnşaat fakültəsinin hazırlıq kursuna, 1987-ci ildə isə həmin fakültənin birinci kursuna daxil olmuşdur. 1989-cu ilə qədər təhsilini əyani, daha sonra isə qiyabi formada davam etdirərək 1992-ci ildə həmin institutun İnşaat fakültəsindən məzun olmuşdur.1989-cu ildə Bərdə 9 saylı Dəmir Məmulatları Zavoduna mühəndis vəzifəsinə işə qəbul olmuşdur.

1990-cı ildə həmin zavodda mərkəzi anbar müdiri təyin edilmişdir.

1993-cü ildə Bərdə 4 saylı Sənaye Kombinatında aparıcı mühəndis vəzifəsinə təyin edilmişdir.

2006-cı ildə “Bərdə Ticarət” ASC-nin direktoru vəzifəsinə təyin edilmiş, 2007-ci ildə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunmuşdur.

2007-ci ildən etibarən kommersiya fəaliyyəti ilə məşğuldur.1996-cı ildən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) üzvüdür. 2025-ci ilə qədər AMİP Bərdə rayon təşkilatının sədri vəzifəsini icra etmişdir. 2025-ci ildə AMİP-in XIII Qurultayında Siyasi Şura üzvü seçilmişdir.

Ailəlidir, 3 (üç) övladı var.