NIPA-30
a

July 2022

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri Arzuxan Əlizadəyə Hörmətli Sədr! Sizi, rəhbəri olduğunuz Azərbaycan Milli İstiqlal Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə təbrik edirik. AMİP-in müstəqil Azərbaycanda qeydiyyatdan keçmiş ilk siyasi partiya olmaqla yanaşı, Azərbaycanda demokratiyanın, plüralizmin inkişafında, milli demokratik dövlət quruculuğu işlərində səylərini yüksək qiymətləndirir, gələcək fəaliyyətində uğurlar arzu edirik. Hörmətlə,Azərbaycan Yüksəliş Partiyasının BaşqanıAnar Əsədli4 iyul 2022-ci ilBakı şəhəri.

Çox da uzaq olmayan bir tarixdən danışacam. Yaşıdlarımın hər gününü, hər saatını, dəqiqəsini, anını ağrıyla, acıyla xatırladıqları, ağlasığmaz hadisələriylə, qan donduran olaylarıyla, insanlığa yaraşmayan vəhşilikləriylə, içimizdə dərin bir çarəsizlik uçurumu yaratmış özbaşınalıqlarıyla xatırladıqları, yaşlı nəslin özləriylə haqq dünyasına daşıdıqları, yeni nəslin isə yalnız kitablardan oxuyub böyüklərin xatirələrindən dinlədikləri həmin o dəhşətli keşmişdən. Müstəqilliyimizə uzanan kirli əllərdən, dövlətçiliyimizi sarsıdacaq xarici həmlələrdən, ermənilərin torpaqlarımıza təcavüzündən, demokratiya çağırışlarımızın qan gölündə boğulmasından, ölkədaxili hərc-mərclikdən, xaosdan…daha nələrdən, nələrdən… Və bu cür nizamsızlıq, qarmaqarışıqlıq içində xalqımızı və dövlətçiliyimizi qorumağa layiq

26-29 iyun 2022 ci il tarixlərində Berlində AMİP-in tam hüquqlu üzv olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) Forumu, İcraçı Toplantısı və Sammiti keçirilmişdir. Tədbirlərdə partiyanı AMİP-in fəxri lideri Etibar Məmmədov və AMİP Sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev təmsil etmişdir. BDİ-yə üzv olan dünyanın bir sıra sağ mərkəz partiyalarının rəhbərlərinin, bir çox hazırkı və keçmiş dövlət, hökumət başçılarının, Avropa Parlamenti deputatlarının, ATƏT təmsilşilərinin və tanınmış siyasətçi, ekspertlərin iştirakı ilə keçirilən Forumda əsas mövzulardan biri Rusiya-Ukrayna müharibəsi olmuşdur. Forumda Ukraynanın keçmiş prezidenti Petro Poroşenko və