NIPA-30
a

June 2022

Azərbaycan 70 il sovet Rusiyasının işğalı altında olduğu üçün çoxpartiyalı sistem ölkəmiz üçün necə deyərlər, yad bir məfhum idi. Çünki uzun illər idi SSRİ məkanında bir partiya – Kommunist Partiyası mövcud idi. Ancaq artıq 80-ci illərin ortalarından başlayaraq SSRİ miqyasında iqtisadi, siyasi, sosial, mənəvi zəmində aşınma daha da sürətləndi. Açıq görünürdü ki, SSRİ dünya miqyasında aparıcı ölkələrə rəqabətdə uduzur. 1985-ci ilin martında Mixail Qorbaçov Sov.İKP MK-nın birinci katibi seçildi. M.Qorboçovun apardığı islahatlar SSRİ-də böhranı azaltmaq əvəzinə, daha da dərinləşdirdi. SSRİ miqyasında etnik zəmində qarşıdurma

“Qeydiyyatı Naxçıvanda olmaqla, muxtar respublikadan kənarda yaşayan vətəndaşlarımızın uzun müddətdir ki, faktiki yaşadıqları ərazidə qeydiyyata düşməklə bağlı ciddi problemlər yaşadıqları heç kimə sirr deyil. Bununla bağlı dəfələrlə deyilməsinə baxmayaraq, məsələ hələ də öz həllini tapmayıb”. Bunu TNS-ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib