ABŞ-Rusiya savaşı Qafqaza keçir: Qalib kim olacaq?
Son vaxtlar Azərbaycan-Ermənistan münasibətlərinin yoluna qoyulmasında Qərblə Rusiya arasında rəqabət artır. Xüsusən də son dövrlər Birləşmiş Ştatların nümayiş etdirdiyi fəallıq diqqəti cəlb edir. ABŞ rəsmilərinin Azərbaycan və Ermənistana artan səfərləri, Blinkenin telefon zəngləri, bu yöndə təmasların intensivləşdirilməsi buna əyani misaldır. Qeyd edək ki, bu gün senator Qari Petersin başçılığı ilə ABŞ Konqresinin nümayində heyətə Ermənistana gəlib. ABŞ-ın Ermənistandakı səfirliyinin məlumatına görə, səfər çərçivəsində Konqresin nümayində heyəti Ermənistan Baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan, xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və digər rəsmi şəxslərlə görüşəcək. Tərəflərin ikitərəfli
“BMT-nin iclası bir daha haqlı olduğumuzu göstərdi” – Etibar Məmmədov
"BMT TŞ-nin iclasında Azərbaycana qarşı heç bir qərarın qəbul olunmaması ölkəmizin bir daha haqlı olduğunu göstərdi”. Bunu Qaynarinfo-ya açıqlamasında AMİP lideri Etibar Məmmədov BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı keçirilən müzakirələri şərh edərkən deyib. Etibar Məmmədov bildirib ki, bu iclasda irəliyə doğru addım atıldı: "BMT TŞ-nin iştirakçıları iddia edirdilər ki, guya bölgədə humanitar fəlakət var. Ona görə də BMT TŞ-nin Qarabağa həsr olunmuş iclası Türkiyə istisna olmaqla, əksər iştirakçıların humanitar yardım məsələsini ön plana çəkmələrilə yadda qaldı. Buna baxmayaraq, bütün çıxış edənlər Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını bəyan etdilər.
Afsəddin Nəbiyev: “Rəisinin bu açıqlaması qatara gecikən sərnişinin biletini nümayiş etdirməsinə bənzəyir”
İran regionda (Cənubi Qafqazda) geosiyasi vəziyyətin zərrə qədər dəyişməsinə qarşıdır. Bunu İran İslam Respublikasının prezidenti İbrahim Rəisi BMT Baş Assambleyası çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycan ordusunun son antiterror tədbirlərini şərh edərkən deyib. “İslam Respublikası dəfələrlə bəyan edib ki, gərginlik və münaqişə regionun problemlərinin həlli yolu deyil. Bu məsələləri region ölkələri, o cümlədən İran həll edə bilər”, - İran başçısı bildirib. Onun sözlərinə görə, İran Ermənistan və Azərbaycana açıq şəkildə bildirib ki, regionda geosiyasi vəziyyətin zərrə qədər dəyişməsinə qarşıdır: “İki ölkə İranın mövqeyinə zidd ola biləcək heç
Separatçıların ağ bayraq qaldırmaqdan başqa çıxış yolu qalmamışdı – AÇIQLAMA
"Üçtərəfli bəyanatın 4-cü bəndinə görə, Rusiya sülhməramlılarının Qarabağa girməsi ilə paralel Ermənistan silahlı qüvvələri bölgəni tərk etməli, qanunsuz dəstələr tərksilah edilməli idi". Bunu Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, 3 ilə yaxın zaman keçsə də, erməni silahlı dəstələri, terrorçular nəinki silahı yerə qoyub, ərazilərimizi tərk etdilər, üstəlik, fəaliyyətlərini daha da genişləndirdilər: "Son dövrlərdə, xüsusən Azərbaycan dövlətinin təhlükəsizliyi, hərbçilərimiz və mülki vətəndaşlarımız üçün kifayət qədər təhdid yaradırdılar, terror aktları həyata keçirirdilər. Əlbəttə, sonsuza qədər buna dözmək olmazdı”. Müsahibimiz qeyd edib ki, lokal
24 saata qazanılan qələbə: Azərbaycan döyüş meydanında yenə öz sözünü dedi
“Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir”. Bu sözləri Prezident İlham Əliyev ötən gün xalqa müraciətində deyib. Dövlətimizin başçısı vurğulayıb ki, antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət və peşəkarlıq göstəriblər: “Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət
Yevlax görüşündən sonra nələr dəyişəcək? – RƏY
"Yevlax görüşünün nəticələri ilə bağlı danışmaq hələ tezdir. Amma görüşün mövzusu Qarabağ ermənilərinin reinteqrasiya prosesinin həyata keçirilməsi istiqamətində atılacaq addımların müzakirəsi ilə bağlı idi". Bu sözləri politoloq Rəşad Bayramov HİT.az-a açıqlamasında deyib. O bildirib ki, Azərbaycan tərəfinin prosesə baxışı, prosesin hansı istiqamətdə həyata keçiriləcəyi və nə kimi addımların atılacağı görüşdə müzakirə olundu: "Böyük ehtimalla, bununla bağlı Azərbaycan nümayəndə heyəti erməni icmasının nümayəndələrinə müvafiq məlumatlar verib. Yəqin ki, onlar da bu məlumatları hal-hazırda Xankəndi və ətrafında yaşayan erməni icmasının fərdlərinin nəzərinə çatdıracaqlar. Təbii ki, proses Azərbaycanın istəyinə uyğun