NIPA-30
a

October 2023

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili X platformasında yazdığı postla Ermənistanın baş naziri Nikol Paşinyana Rusiya prezidenti Vladimir Putin tərəfindən təhlükələr barəfə xəbərdarlıq edib. Keçmiş prezident yazır ki, "Paşinyan hakimiyyətə xalq etirazları ilə gəlib, bu isə Putinin terminologiyası ilə rəngli inqilabdır: “Mənə inanın, Siz onun nə qədər qılığına girsəniz də, sədaqət andı içsəniz də, o Sizi bağışlamayıb və heç vaxt bağışlamayacaq. İllah da Sizin bu yaxınlarda səsləndirdiyiniz bəyanatlardan, siyasi gedişlərinizdən və xüsusilə də Roma statutunun ratifikasiyasından sonra”. Saakaşvili yazır ki, Paşinyanın tədbir görmək üçün vaxtı çox deyil:

Bəzi böyük dövlətlər bizdən narazıdırlar. Çünki onlar öyrəşiblər ki, gəlsinlər onların qabağında baş əysinlər. Bu fikirləri Prezident İlham Əliyev “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib. Ölkə başçısının sözlərinə görə, bəziləri bildirirdi ki, biz antiterror tədbirlərini apararkən heç kimdən soruşmamışıq: “Yəni biz kimdən soruşmalıyıq?! Nəyi soruşmalıyıq?! Bəziləri indi deyirlər ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq. Bu da qəribədir ki, bir qrup ölkə özünü beynəlxalq ictimaiyyət sayır. Axı, beynəlxalq ictimaiyyət deyəndə, 200-dən çox ölkə var, 20-30 ölkə beynəlxalq ictimaiyyət sayıla

16 oktyabr 2023-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Cənab Prezident! Hörmətli Ali Baş Komandan! Dünənki gün, 15 oktyabr 2023-cü il Azərbaycanın 200 illik tarixində bir dönüş nöqtəsi oldu. Xankəndi, Xocalı, Xovacənd, Ağdərə və Əsgəranda ucaldılan müqqəddəs üçrəngli bayrağımız təkcə Azərbaycan tarixinin deyil, bütövlükdə Cənubi Qafqazın tarixinin yenidən yazıldığı gün kimi tarixə düşdü. Anti-terror tədbirləri ilə düşmən işğalından azad olunmuş torpaqlarımızda Dövlət Bayrağımızın ucaldılması bütün dünya ermənilərinə və onların havadarlarına gözdağı olmaqla yanaşı həm də şəhidlərimizin qanının yerdə qalmadığını bütün dünyaya nümayiş etdirmiş oldu. Sizin rəhbərliyiniz altında Azərbaycan

“Fransa prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər”. Bunu Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib. Ölkə başçısının sözlərinə görə, çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb: “Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Fransız rejimi milyon yarım əlcəzairlini

İsrail ilə HƏMAS arasında müharibə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesini ləngidə bilər. Qeyd edək ki, oktyabrın 7-də Qəzza zolağına nəzarət edən HƏMAS və “İslami Cihad”-ın silahlı dəstələrinin İsrailin Aşkelon, Şdelod və bəzi şəhərlərə sızması, raket atəşinə tutmasından sonra Təl-Əviv rəsmən müharibə elan edib. Demək olar ki, qlobal mediada İsrail-HƏMAS müharibəsi ilkin prioritet mövzusuna çevrilib və dünyanın diqqəti bu məsələyə yönəlib.  Son üç il ərzində qlobal medianın diqqətindən düşməyən Azərbaycan-Ermənistan sülh prosesi və Qarabağ məsələsi artıq üçüncü və dördüncü dərəcəli mövzuya çevrilib.  Bakı ilə İrəvan arasında sülh

“Ermənistan Baş Naziri Nikol Paşinyanın son açıqlamaları, hələ də işğal altında olan 8 kəndimizlə bağlı sərgilədiyi qeyri-konstruktiv yanaşması, Qarabağda hansısa etnik təmizlənmə iddiaları onun sülhə hələ də hazır olmadığını göstərir”. Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, bu kimi hallar Ermənistan maraqlarından deyil, regionda gərginliyin qalmasında maraqlı olan ayrı-ayrı dövlətlərin maraqlarından çıxış etdiyini göstərir: “Azərbaycanla Ermənistan arasında gərginliyin qalmasında maraqlı olan qüvvələr bu vasitə ilə özlərinin Cənubi Qafqaz maraqlarını təmin etməyə çalışır və gərgin münasibətlərlə ölkələrə təzyiq imkanları əldə etmək istəyirlər. Paşinyan isə

Azərbaycan Prezidentinin son olaraq Gürcüstanda verdiyi bəyanatdan da göründüyü kimi, istənilən vasitəçilərlə danışıqların aparılmasını dəstəkləyir. O şərtlə ki, həmin vasitəçilər qərəzli olmasınlar və prosesə obyektiv yanaşma ortaya qoysunlar. Bu fikirləri hafta.az-a politoloq Rəşad Bayramov deyib.  “Biz son görüşdən iştirakçıların qərəzli mövqeyi səbəbindən imtina etdik. Söhbət Fransa kimi ölkələrdən gedir.  Bu, faktiki olaraq Avropa İttifaqının özünə də verilmiş bir mesaj idi. Məlum olduğu kimi, Avropa İttifaqının prezidenti Şarl Mişelin İlham Əliyevlə telefon danışığnda bir daha Azərbaycanın sülh prosesinə töhfə verməkdə maraqlı olduğu çatdırılıb, amma o da bildirib ki,

“İran Azərbaycanın Ermənistanın ərazisini işğal etməsinə dözməyəcək”. Bunu İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərazi yerli mediaya müsahibəsində deyib. “Biz region ölkələri arasında mövcud sərhədlərin saxlanmasını vurğulayırıq. Artıq Zəngəzur dəhlizinin açılmasının heç bir əsası yoxdur. Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvanı, Laçın dəhlizi isə Qarabağla Ermənistanı birləşdirmək üçün idi. Qarabağ Azərbaycanın nəzarətinə keçdiyi və Laçın dəhlizinə ehtiyac qalmadığı üçün artıq Azərbaycanın Zəngəzur dəhlizini tələb etməyinin heç bir əsası yoxdur”, - Xərazi iddia edib. Xarici Əlaqələr Strateji Şurasının sədri üstəlik, Azərbaycanı təhdid və işğal yolu ilə Ermənistandan dəhliz

Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 5-də  “Valday” Beynəlxalq Diskussiya Klubunun 20-ci İllik Toplantısı çərçivəsində keçirilən plenar iclasda Qarabağ məsələsi ilə bağlı dedikləri çoxları üçün təəccüb doğurdu, təcavüzkar erməni cəmiyyətində isə şok effekt yaratdı. Xüsusilə, Kreml sahibinin Azərbaycanın müsbətinə doğru səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. Putinin əsas diqqət çəkən fikirlərindən biri Qarabağda fəaliyyət göstərən rus sülhməramlıları barədə oldu. O, böyük ölçüdə sülhməramlıların fəaliyyətinin vaxtından əvvəl başa çatmasının mesajını verdi. Eyni zamanda, həmin qüvvələrin 2020-ci ilin 10 noyabrında əldə olunan bəyanatdakı hüquqlarından başqa heç bir hüquqlarının

Ermənistanın Baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa ilə görüşdə bəyannamə imzalayıb. Paşinyan Azərbaycanın ərazisinin 86,6 min kvadratmetr olduğunu bəyan edib. Həmin bəyannamənin mətni Aİ Şurası tərəfindən yayılıb. “Tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar”, – deyə bəyannamədə bildirilib. Göründüyü kimi, məlum olan şeylərə imza atıblar. Yəni zatən Paşinyan 2022-ci ilin oktyabrında