NIPA-30
a

December 2023

Baş nazir Nikol Paşinyan başda olmaqla, son vaxtlar Ermənistan rəhbərliyi, ən yüksək ranqlı şəxslər yaxın 15 gündə, yəni ilin axırına qədər sülh sazişinin imzalanmasının mümkün olması ilə bağlı bəyanatlar verirlər.  Qarabağa Ermənistanın heç bir ərazi iddiasının olmadığını bəyan edirlər. Münaqişənin həll olunduğunu, Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmələri kimi bir problemin olmadığını deyirlər. Eyni zamanda, ATƏT sessiyasında Paşinyan sülh sazişinin əsas prinsipləri üzrə razılaşma əldə olunduğunu qeyd etdi. Həmçinin qeyd olundu ki, yaxın 15 gündə sülh sazişi imzalana bilər.  Maraqlıdır, Ermənistan son vaxtlar davamlı olaraq belə

Partiya Nizamnaməsini “Siyasi Partiyalar haqqında” yeni qanunun tələblərinə uyğunaşdırmaq üçün keçirilən Qurultayda AMİP Nizamnaməsinə qanunun tələblərindən irəli gələn bir sıra əlavə və dəyişikliklər edilmişdir.Nizamnamədə həmçinin Pariyanın icra və qərarverici qurumlarının vəzifə və səlahiyyətləri, təyinatlı və seçkili qurumların formalaşması və say tərkibi ilə bağlı da müvafiq dəyişiklər edilmiş, partiyanın idarəedici orqanı olan Siyasi Şuranın birbaşa Qurultay tərəfindən seçilməsi, rayon (şəhər) təşkilat sədrlərinin Siyasi Şura tərəfindən təsdiqi, AMİP Mərkəzi Şurasını adının dəyişdirilərək AMİP Ali Məclisi adlanması ilə bağlı düzəlişlər edilmişdir.Qurulytayda həmçinin ölkədə və regionda mövcud olan

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşü planlaşdırılmır. Bunu jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib. Safaryan Mirzoyanla Bayramov arasında yaxın vaxtlarda görüşün olub-olmayacağı ilə bağlı suala belə cavab verib: “Hələlik belə bir məlumat yoxdur”. Xarici işlər nazirinin müavini Ermənistan və Azərbaycanın dövlət sərhədinin demarkasiyası üzrə komissiyanın növbəti iclasını Ermənistan tərəfindən konstruktivliyin təzahürü hesab edir. Burada təəccüb doğuran məqam odur ki, erməni rəsmiləri utanmadan sərhəd görüşü ilə bağlı razılaşmanı “Ermənistanın konstruktivliyi” kimi təqdim edirlər. Ümumən, ikitərəfli görüşlərin hansı biri Ermənistanın təşəbbüsü ilə

“Təcrübə onu göstərdi ki, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında vasitəçilik edən tərəflər ABŞ, Rusiya və Fransa bir çox hallarda öz siyasi və iqtisadi maraqlarını önə çəkməyə çalışırlar. Əslində, onlar vasitəçilik etməklə nə isə əldə etməyi hədəfləyirlər”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında deyib. O vurğulayıb ki, Azərbaycan qalib olaraq şərtləri diqtə edən tərəfdir: “Bu gün sülh müqaviləsi Azərbaycandan daha çox Ermənistana lazımdır. Həmçinin, sərhədlərin delimitasiyası və demarkasiyası da daha çox rəsmi İrəvana sərf edir. Çünki biz torpaqlarımızı işğaldan azad etmişik və əsas

“Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır”. Bu fikri Prezident İlham Əliyev Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib. Ölkə başçısının sözlərinə görə, Ermənistan hökuməti və siyasi isteblişmenti qisas haqqında düşünür: “Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl

“Bu gün Milli Dirçəliş Günüdür. Bu günü xalqımızın öz dəyərlərinə qayıtmasının başlanğıc günü hesab olunmalıdır”.  Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında deyib.  O, həmin günlə bağlı xatirələrini də bölüşüb:  “Yadımdadır ki, 35 il bundan əvvəl 1988-ci ildə tələbə idim. Mən universitetə gələndə artıq məlum oldu ki, hər kəs meydana toplaşır. Biz də tələbə yoldaşlarımızla birlikdə meydana getdik və dekabrın 5-nə qədər meydanlarda qaldıq. Gecə-gündüz tonqal ətrafında Azərbaycanın tarixi, keçmişi və gələcək perspektivləri barədə fikir mübadilələri aparıldı. Həmçinin, o zamanın ziyalıları da xalqın içərisinə