NIPA-30
a

February 2024

Ermənistan baş naziri Nikol Paşinyanın hökumətin iclasında etdiyi çıxış açıq şəkildə göstərir ki, Ermənistan kompromislərdə maraqlı deyil. Paşinyan utanmadan bəyan edib ki, guya Ermənistan Konstitusiyasında Azərbaycanla saziş imzalamağa mane olan heç bir maddə yoxdur. Guya Azərbaycan Ermənistanın 31 kəndini işğalda saxlayır: “Azərbaycan sərhədlərin sabitliyinin və təhlükəsizliyinin təmin olunmasında maraqlı deyil. Azərbaycan “Mənə istədiyimi danışıq yolu ilə ver, əks halda onu müharibə yolu ilə götürəcəm” siyasətini davam etdirir. Bundan başqa, Azərbaycan 4 kəndin ərazisindən danışır, eyni zamanda Ermənistanın 31 kəndinin həyati əhəmiyyət daşıyan ərazilərinin Azərbaycanın işğalı

Regionda yaradılan mövcud sabitlik məhz Avropa İttifaqı missiyasının müşahidəsi altında dəyişir. Sülh müqaviləsinin imzalanması üçün işğalçı Ermənistanı “qələm tutmağa” hazırlamaq əvəzinə, silahlandırması və müxtəlif qərəzli çıxışlarla qışqırtması böyük güclərin bölgəni yenidən müharibəyə sürükləmək cəhdlərini ortaya qoyur. Bu dəfə Qərb, Avropa Ermənistan maşasını açıq-aşkar közün içinə salıb qarışdırır. Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən politoloq Rəşad Bayramov mühüm məqamlara diqqət çəkib. – Ermənistanın Azərbaycan sərhədində törətdiyi silahlı təxribat – sərhədçimizin snayperlə vurulması faktı hansı reallığı ortaya qoydu? –     Ermənistanın son təxribatları bu ölkənin sülhə hazır olmadığını göstərir.

"Növbədənkənar parlament seçkiləri, həm də Konstitusiya dəyişikliyi asağı-yuxarı eyni məqsədə xidmət etdiyindən Nikol Paşinyan hər ikisini sülh müqaviləsi imzalanmasından öncə etməyi planlaşdırır". Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Elşən Mustafayev Ermənistanda Konstitusiya dəyişikliyilə bağlı referendumla yanaşı, növbədənkənar parlament seçkilərinin keçiriləcəyilə bağlı yayılan fikirləri şərh edərkən deyib. Elşən Mustafayev bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin 2024-cü ilin ortalarında keçirilə biləciyi ilə bağlı fikirlər hələ 2023-cü ilin sonlarından gündəmə atılmışdı: "Maraqlısı o idi ki, bu fikirlər hakim partiyaya yaxın dairələr və mətbuat tərəfindən dövriyəyə buraxılır. 2024-cü ilin əvvəllərində isə ilin ortasında

Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə son çıxışı zamanı ölkə Konstitusiyasına ediləcək dəyişiklikdən danışarkən bir sıra məqamlara toxunub:  “Dağlıq Qarabağ və Ermənistan Respublikasının birləşdirilməsi qərarı nə deməkdir? Gələcəkdə siyasətimizi buna əsaslandıracağıq? Əgər belədirsə, biz hansı dünyadan danışırıq? Bu o deməkdir ki, sülh mümkün deyil. Biz tarixi ədalət arzusunu dövlətimizin əsasına qoymuşuq, amma tarixi ədalətin nə olduğunu formalaşdırmamışıq? Sülh müqaviləsinin bir razılaşdırılmış maddəsi var. Orada deyilir ki, tərəflər bu müqavilənin öhdəliklərini yerinə yetirməmək üçün özlərinin heç bir qanunvericilik aktına istinad edə bilməzlər. Amma Ermənistanda müxtəlif siyasi

“Regionda maraqlı olan güclərin nəzərləri Azərbaycanda keçirilən seçkilərə yönəlmişdi. İlk dəfə idi ki, Azərbaycanın bütün ərazilərində keçirilən seçkilər diqqətlə izlənirdi”. Bunu hafta.az-a AMİP sədri Arzuxan Əlizadə Prezident seçkilərinin nəticələri və Cənubi Qafqazda cərəyan edən proseslərə, regionda sülhə təsirləri ilə bağlı açıqlamasında bildirib. A.Əlizadə qeyd edib ki, 7 fevralda keçirilən növbədənkənar prezident seçkilərinin nəticələri əvvəlcədən proqnozlaşdırlmışdı. Seçkilərin favoriti Prezident İlham Əliyev idi və xalq öz sözünü dedi. “Azərbaycan regionun əsas söz, güc sahibinə çevrilib. Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etməklə Cənubi Qafqazda yeni siyasi düzən formalaşdırıb. Azərbaycan

Azərbaycan Milli İstiqlal Partiyası fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.Bəyanatda deyilir: "Azərbaycan Milli İstiqlal Partiyası növbədənkənar Prezident seçkiləri elan olunduqdan dərhal sonra seçkilərdə iştirakla bağlı məsələni Partiya daxilində ətraflı müzakirəyə çıxarıb. AMİP Siyasi Şurası 15 dekabr 2023-cü il tarixdə müzakirələri yekunlaşdırmaqla müvafiq Qərar qəbul etmiş və 7 fevral 2024-cü il Prezident seçkilərində Partiyanın öz namizədi ilə iştirakı məqsədəuyğun hesab edilməsə də çoxsaylı partiya üzvləri tərəfindən seçkiləri müşahidə missiyasının həyata keçirilməsi qərara alınıb. Partiyanın ölkə üzrə yerli rayon təşkilatlarının verdiyi məlumatlara əsaslanaraq, o