NIPA-30

ATƏT nümayəndələri AMİP rəsmiləri ilə görüşüb

Bu gün AMİP Mərkəzi Qərərgahında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun uzun müddətli müşahidə missiyasının nümayəndələri, ABŞ-dan olan Laura Villalba və Norveç təmsilçisi Tomas Hug ilə partiya rəhbərliyinin görüşü keçirilib.

Görüşdə AMİP sədri, 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd Arzuxan Əlizadə ilə birlikdə AMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini, 16 saylı Yasamal İkinci Seçki Dairəsindən MM üzvlüyünə namizəd Elşən Mustafayev və AMİP Ali Məclisinin sədri, Naxçıvan MR Ali Məclis üzvlüyünə namizəd Rəşad Bayramov iştirak ediblər.

Görüşdə növbədənkənar parlament seçkiləri, seçki prosesinin gedişatı və eləcə də partiyanın seçkiyə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.