NIPA-30

Arzuxan Əlizadənin seçki kampaniyası uğurla davam edir – FOTOLAR

Seçkiqabağı təbliğat-təşviqat kampaniyası Sabunçu rayonunda yüksək səviyyədə aparılır. 27 Saylı Sabunçu ikinci Seçki Dairəsidən deputatlığa namizəd National Independence Party of Azerbaijan Sədri Arzuxan Alizade nin təbliğat kampaniyası da aktiv şəkildə davam edir.

Arzuxan Əlizadə bu gün də Ramana qəsəbəsində

seçicilərlə növbəti uğurlu görüşünü keçirib. Görüşü giriş sözü ilə namizədin seçki qərargahının rəhbəri Yəhya Həsənov açıb. Deputatlığa namizədin vəkilləri , dostları Ali Mustafa , Afsəddin Nəbiyev, Ali Orucov namizədin fəaliyyəti, onun gördüyü işlər və əldə etdiyi uğurlar haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Görüşdə çıxış edənlər Arzuxan Əlizadənin apardığı seçki kampaniyasını bəyəndiklərini, onun sözlərinə etimad etdiklərini bildirib. Görüşdə iştirak edən seçicilər Ramana qəsəbəsində olan problemləri namizədin diqqətinə çatdırıb və onların həllində yaxın iştirak edəcəyinə inandıqlarını deyiblər.

Arzuxan Əlizadə çıxış edərək Ramana qəsəbəsin problemləri ilə yaxın tanış olduğunu, onların həllinə çalışacağını, seçiciləri narahat edən məsələləri daim gündəmində saxlayacağını deyib.

Namizəd eyni zamanda seçicilərin ona olan səmimi münasibətinə görə görüş iştirakçılarına təşəkkür edib.

Arzuxan Əlizadəyə uğurlar arzulayırıq.