Arzuxan Əlizadənin seçicilərlə sonuncu görüşü – FOTOLAR
Seçki qanunvericiliyinə görə VII çağırış Milli Məclisə növbədənkənar təbliğat kampaniyası bu gün yekunlaşmaq üzrədir.Bu gün 27 Saylı Sabunçu ikinci Seçki Dairəsindən deputatlığa namizəd National Independence Party of Azerbaijan nın Sədri Arzuxan Əlizadə seçicilərlə sonuncu görüşünü Balaxanı qəsəbəsində tamamladı.
Tədbirin aparıcısı Yəhya Həsənov , partiyanın veteranı Oktay Sadıqov Xalıqverdi Hesenov , Elşən Mustafayev Afsəddin Nəbiyev seçicilərə təbliğat dövründə fəal iştirak etdikləri üçün hər birinə minnətdarlıq ifadə etdilər.Sonda çıxış edən deputatlığa namizəd Arzuxan Əlizadə həm Seçki qərargahının heyətinə texniki personala seçicilərə avqust ayının qızmar günlərində təbliğat günlərində aktiv iştiraklarına görə öz təşəkkürünü bildirərək Balaxanı seçicilərini 1 Sentyabr səsvermə günü məntəqələr dəvət edərək layiqli namizədə səs verməyə çağırdı.Müstəqillik dövründən indiyədək bütöv ərazilərimizdə keçirilən tarixi Milli Məclisə keçirilən seçki,vətənimiz dövlətimiz üçün xeyirli uğurlu olsun!