Başsağlığı
Dərin kədər hissi ilə bildiririk ki, bu gün Milli İstiqlalçılar ailəsinə ağır itki üz verib. Partiyanın veteranlarından biri, uzun illər ərzində AMİP Quba RT-nin formalaşmasında və fəaliyyətində xidmətləri olan əqidəli istiqlalçı, AMİP Ali Məclisinin üzvü Firudin Kazımlı vəfat edib.
AMİP Lideri Etibar Məmmədov, AMİP Sədri Arzuxan Əlizadə Siyasi Şura, Ali Məclis, MİK və Mərkəzi Aparat adından Firudin müəllimin ailə üzvlərinə, yaxınlarına və bütün Milli İstiqlalçılara dərin hüznlə başsağlığı veririk. Məkanı cənnət olsun!
AMİP Mərkəzi Aparatı.
28.09.2024.