NIPA-30

Dövlət Müstəqilliyinin Bərpasından 33 il ötür

Dövlət Müstəqilliyinin Bərpası Günü.
33 il bundan öncə 1991 – ci ildə , oktyabrın 16 -da “Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin Bərpası haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu “Millət” qəzetinin N ° 0 – cı sayında layihə olaraq dərc olundu.Məhz bu layihə o zamankı Milli Məslisdə müəyyən düzəlişlər olunaraq qəbul olundu.
Layihənin müəllifləri Etibar Məmmədovla hüquqşünas Fuad Ağayevdir.
Müstəqilliyimizin bərpa olunmasında xidmətləri olan şərəfli yol keçmiş qəhrəmanlarımıza, fədakar vətəndaşlarımıza minnətdarıq.Oktyabrın 18- də qürur tarixiniz Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etdi .
Azərbaycan bu gün müstəqil dövlət kimi xarici siyasətini özü müəyyən edir və mötəbər tribunalarda müsbət mənada ölkəmizin adı çəkilir.
Azərbaycan dövləti,44 günlük Vətən müharibəsində Ermənistan üzərində həlledici qələbə qazandıqdan sonra öz əhəmiyyətini daha da artırır .Müzəffər Ordumuzun, Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyəti, iradəsi nəticəsində Azərbaycan dövləti 2023-cü ildə öz suverenliyini tam olaraq bərpa etdi.Bu yolda şəhadətə qovuşan bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.18 Oktyabrdan başlanan müqəddəs yol, 2023-cü ildə suverenliyimizin bərpası ilə yekunlaşdı.Azərbaycan Milli İstiqlal Partiyasının rəhbərliyi olaraq, Dövlət Müstəqilliyinin Bərpası günü münasibətilə hər birinizi təbrik edərək, xalqımıza daha böyük nailiyyətlər əldə etməsini arzulayırıq.

Bayramınız Mübarək!