AMİP rəhbərliyinin Vaşinqton səfəri məhsuldar keçib
Öncədən xəbər verildiyi kimi Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə və sədrin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev ABŞ Respublikaçılar partiyasının ev sahibliyi, Beynəlxalq Demokrat İttifaqı (İDU ing.) və ABŞ Liderlər İnstitutunun təşkilatçılığı ilə 3-7 dekabr tarixlərində Vaşinqtonda keçirilmiş “İDU Forum-2024”-də iştirak ediblər.
Foruma 100-dən çox ölkədən 500 dən artıq iştirakçı qatılmışdır. İştirakcılar əsasən dünyada tanınmış siyasətçilər, ictimai xadimlər, hazırkı və keçmiş dövlət və hökumət başçıları, Avropa Parlamentinin sağ mərkəz yönlü fraksiyalarının rəhbər və üzvləri, ABŞ-ın Respublikaçılar partiyasını təmsil edən konqesmen və senatorlar olmuşlar. Forumun 3 günü ərzində baş tutan panel iclaslarında əsas müzakirələr Donald Tramp dövründə ABŞ-ın dünyada gedən proseslərə yanaşması, yaxın Şərqdə baş verənlər, Ukrayna Rusiya müharibəsi, Avropada təhlükəsizlik, Dünya iqtisadi münasibətlərinə yeni baxış və digər vacib məsələr ətrafında olmuşdur.
ABŞ prezidenti Donald Trampın yeni komandasında Milli Təhlükəsizlik məsələləri üzrə prezident müşaviri olacaq Maykl Uolts Forumda çıxış edərək 20 yanvardan sonra AĞ Evin aparacağı xəttin bəzi konturlarını açıqlamaqla gələn ildən dünyada yeni, eyni zamanda fərqli proseslərin gedəcəyinə işarə vurdu. Eyni zamanda Böyük Britaniya konservatorlar partiyasının lideri Kemi Badenoç, Avropa Parlamentinin ən böyük fraksiyası olan Aropa Xalq Partiyasının (EPP) prezidenti, Avropa Parlamentində EPP qrupunun rəhbəri Manfred Veber çıxışları və müaraciətləri ilə gündəm oldular.
AMIP sədri səfər müddətində AXP (EPP) sədri, Avropa Parlamentində sağ mərkəzçi qurupun rəhbəri Manfred Veber, Avropa Parlamenti xarici əlaqələr komitəsinin sədri David Mc Allister, Respublikaçılar partiyasının senatda və konqresdə olan bir cox təmsilçiləri və digər tanınmış siyasətçilərlə görüşlər keçirtmiş, reqionda gedən proseslərlə əlaqədar, o cümlədən torpaqlarımız işğaldan azad olunandan sonra Ermənistan Azərbaycan arasında sülh müqaviləsi imzalanması gedişatı ilə bağlı fikir mübadilələri aparılmışdır. Qeyd edək ki, AMİP 1999-cu ildən etibarən dünyanın 80-dən artıq ölkəsinin 100-dən artıq sağ-mərkəz yönümlü partiyasını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının tam hüquqlu üzvüdür.