Xameneidən dünyanı qorxuya salan NÜVƏ MESAJI – İran yenidən HƏDƏF TAXTASINDA
Xəbər verdiyimiz kimi, İranın Ali dini lideri Əli Xamenei ölkə idmançıları ilə görüşündə ABŞ Prezidenti Donald Trampın İsraildə səsləndirdiyi fikirlərini “boş sözlər” adlandıraraq, onu yalan danışmaqda ittiham edib.Belə ki, həmin görüşdə Xamneyi Amerika liderinin İranın nüvə potensialının məhv edilməsi ilə bağlı iddiasını rədd edib:"ABŞ prezidenti fəxrlə bəyan edir ki, onlar İranın nüvə sənayesini bombalayıb məhv ediblər. Yaxşı, xəyal etməyə davam edin".Qeyd edək ki, oktyabrın 9-da Tramp ABŞ İran daxilindəki hədəfləri vurmasaydı, Tehranın artıq nüvə silahı əldə edə biləcəyini vurğulayıb. Xatırladaq ki, iyunun 13-də İsrail
Sürpriz adlar çıxa bilər — Deputat “Ramiz Mehdiyev işi”ndən DANIŞDI
“Bu tip cinayəti hazırlamaq, həyata keçirmək bir nəfərin işi deyil. Bu prosesi dəstəkləyən bir komandanın olması mümkündür”. Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, istintaqın gedişində sürpriz adlar meydana çıxa bilər: “İstənilən halda bu cür cinayət əməlinin sübuta yetirilməsi olduqca vacibdir. Dövlətçiliyə təhlükə törədə biləcək hər hansı addımın qarşısı alınmalıdır və bu prosesdə iştirak edənlər əvvəllər dövlət qarşısında hansı xidmətlər göstərməsindən asılı olmayaraq məsuliyyətə cəlb olunmalıdırlar. Ən sərt formada cəzalandırılmalıdırlar ki, gələcəkdə belə addımlar atmağa həvəsli qüvvələr olmasın”.
Partiya sədri: “Ramiz Mehdiyev bizi 24 il parlamentə buraxmadı”
25 avqust 2020-ci ildə AMEA-nın rəsmi saytında qurumun ovaxtkı rəhbəri Ramiz Mehdiyev bir qrup tanınmış şəxsi təhdid etmişdi. Ramiz Mehdiyev onu təndiq edən Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzov, Eldar Namazov, Elxan Şahinoğlu, Elçin Mirzəbəyli, Hacıbala Abutalıbov, Abid Şərifov, Maksim Musayev, Tural Abbaslı, Arzuxan Əlizadə, Elşad Musayev kimi bir çox şəxsi xüsusi ittiham qaydasında məhkəməyə verməklə hədələmişdi. Bəs həmin dönəm bu proses necə yekunlaşmışdı? Sözügedən siyahıda adı
Rəşad Bayramov AMİP Ali Məclisinin sədri seçildi – FOTOLAR
AMİP Ali Məclisinin Qurultaydan sonra yeni tərkibdə ilk iclası keçirilmişdir. Ali Məclis sədrliyinə seçkilərdə Rəşad Bayramov yekdillikdə sədr seçilib. İclasda həmçinin Ali Məclisin daimi komissiyalarının yaradılması məsələsi müzakirə olunub, elm-təhsil, səhiyyə, iqtisadiyyat, enerji və təbii ehtiyatlar, beynəlxalaq əlaqələr və diasporlarla iş, bələdiyyələrlə iş, sosial müdafiə, insan hüquqları, ictimai-siyasi qurumlarla iş, mədəniyyət və incəsənət, din və idman komissiyalarının yaradılması haqında qərarlar qəbul olunub.Cari məsələlərin müzakirəsi zamanı son dövlərdə ölkədə iqtisadi və siyasi müstəvidəki təxribatlarla bağlı AMİP sədri Arzuxan Əlizadənin məruzəsi dinlənilmiş və baş verənlər geniş
Azərbaycan Milli İstiqlal Partiyasının Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Təbriki
Əziz həmvətənlər!1991-ci ilin 18 oktyabrı Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Bu gün – Dövlət Müstəqilliyinin Bərpası Günü – xalqımızın azadlıq iradəsinin, milli kimliyinin və suveren dövlət qurmaq əzminin rəmzidir.Azərbaycan Milli İstiqlal Partiyası olaraq, bu tarixi günü böyük qürur və fəxarətlə qeyd edirik. Müstəqilliyimiz, yalnız siyasi bir status deyil, həm də milli ruhun, mədəniyyətin, dilin və dövlətçilik ənənələrinin yaşadılması deməkdir. Bu gün biz, müstəqil Azərbaycanın inkişafı, güclənməsi və beynəlxalq aləmdə layiqli yer tutması uğrunda çalışan hər bir vətəndaşımıza təşəkkür edirik.Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir.
Afsəddin Nəbiyev: “Dehlinin addımı hələ tam qəti deyil və daha çox siyasi təzyiqin nəticəsi kimi görünür”
Hindistan ABŞ-a Rusiyadan neft almağı dayandıracağını deyib. ABŞ prezidenti Donald Trampın sözlərinə görə, Hindistanın baş naziri Narendra Modi onu bu barədə əmin edib. Bundan əvvəl ABŞ Hindistan mallarına tarifləri iki dəfə artırmışdı. “Hindistanın neft alması xoşuma gəlmirdi, o (Modi) bu gün məni əmin etdi ki, onlar Rusiyadan neft almayacaqlar. Bu, böyük addımdır. İndi Çinin də bunu etməsini istəyirik”, – Tramp Ağ Evdə jurnalistlərə deyib. Hindistan Rusiyadan neft almağı dayandırsa, bu, Moskvanın ən böyük enerji müştərilərindən birinin mövqeyində ciddi dəyişiklik olar. Göründüyü kimi, ABŞ Hindistandan sonra Çinin də
Deputatdan taksilərlə bağlı AÇIQLAMA: “Sayı azaltmaqla keyfiyyət əldə etmək yanaşması qəbul edilən deyil”
"Bəzi mütəxəssislər 25 min təksi sayının Bakı şəhəri üçün az olacağını deyirlər, lakin bəziləri bu sayın kifayət edəcəyini bildirir. Digər mütəxəssislər isə hesab edirlər ki, əgər Bakı şəhərində təxminən 30-35 min təksi fəaliyyət göstərsə, bu zaman say baxımından kifayətlilik təmin oluna bilər". Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. "Yəni bu məsələdə fikirlər müxtəlifdir və haçalanır. Amma mən bir məqamla qətiyyən razı deyiləm. Taksilərin sayını azaltmaqla xidmət keyfiyyətini artırmaq fikri, məncə, absurddur. Keyfiyyətin artırılması üçün daha effektiv tədbirlər görülməsi daha məqsədəuyğundur". O bildirib ki, sayı azaltmaqla keyfiyyət