NIPA-30
a

July 2025

"Milli soyadları məsələsində imperativ şəkildə addımlar atılmasına ehtiyac var". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Azərbaycanda hələ də milli soyadları məsələsinə laqeyd münasibətin sərgilənməsini şərh edərkən deyib. Arzuxan Əlizadə bildirib ki, soyadların milliləşdirilməsi məsələsi milli təfəkkür məsələsidir: "SSRİ dağılandan sonra bir çoxları şəxsi təşəbbüslər edərək, soyadlarının milliləşdirilməsi istiqamətində fərdi addımlar atmağa başladılar. O zaman bu istiqamətdə kampaniyaya da başladılar, cəmiyyətdə bununla bağlı çağırışlar da vardı. Amma bunlar imperativ şəkildə olmadı. Bu gün həmin istiqamətdə məhz imperativ şəkildə addımlar atılmasına ehtiyac var. Təəssüf ki, bir çoxları

“Rusiya yürütdüyü siyasət nəticəsində, xüsusilə də Ukraynada baş verənlər fonunda faktiki olaraq, bütün Qərb dünyası ilə Amerika Birləşmiş Ştatları ilə düşmən, yəni əks mövqelərdədir və bir növ desək, hazırkı dönəmdə Türkiyə və Azərbaycan Rusiya üçün bir nəfəslik rolunu oynamaqdadır. Bəlkə də bunu keçmiş zamanda demək olar, çünki artıq Azərbaycanla da münasibətlərin pozulması istiqamətində çox ciddi addımlar atılıb”. Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzuxan Əlizadə danışıb. Deputat qeyd edib ki, əslində, əgər dərindən baxılsa, Rusiyanın öz maraqlarına da xidmət etmir və sadəcə, olaraq Rusiya imperiya

12 gün davam edən qarşıdurmanın səngiməsinə baxmayaraq İran nüvə məsələsində hələ də öz mövqeyindən geri çəkilmir. Belə ki, İran rəsmiləri nüvə proqramından əl çəkməyəcəklərini elan ediblər. İranın xarici işlər naziri Abbas Əraqçi “Al-Araby al-Jadeed"ə müsahibəsində deyib ki, ölkəsi İsraillə müharibədən sonra belə, nüvə proqramından əl çəkməyəcək. Onun sözlərinə görə, İsraillə 12 günlük müharibədən sonra Tehran daha qətiyyətli olub: "Biz bu texnologiyalara həddən artıq sərmayə qoymuşuq. Alimlər öldü, xalq sanksiyalara məruz qaldı, bizə qarşı müharibə başladıldı. İranda heç kim bu proqramdan əl çəkməyəcək. O, həmişə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA)

Azərbaycan Milli İstiqlal Partiyasının növbəti Qurultayının çağırılması ilə əlaqədar olaraq Rayon (Şəhər) təşkilatlarında hesabat-seçki konfransları davam edir.Növbəti konfranslar 29-30 iyun tarixlərində Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında keçirilib. AMİP Nizamnaməsinə müvafiq olaraq rayon təşkilatlarının İdarə Heyətləri formalaşıb, Qurultaya nümayəndələr seçilib.Konfranslarda AMİP Sədri Millət vəkili Arzuxan Əlizadə, AMİP Siyasi Şura üzvü Təbriz Musayev, AMİP Sədrinin Seçki məsələləri üzrə müavini Yahya Həsənov, AMİP Sədrinin Beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev iştirak ediblər. AMİP- in növbəti XIII Qurultayının cari ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulmuşdur.

“Bakıda yolun çökməsi nəticəsində bir gəncin ölməsi cəmiyyətin diqqət mərkəzindədir. Olduqca faciəvi bir hadisədir, eyni zamanda əlaqədar qurumların bu cür ölüm hadisəsinə səbəb ola biləcək səhlənkarlığı insanlarda haqlı olaraq riqqət doğurur”.  Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, bu hadisə əlaqədar qurumların cinayətkarcasına səhlənkarlığı nəticəsində baş verib: “Ortada ölüm faktı var, təbii ki, cinayət işi açılmalıdır, bildiyim qədərilə, artıq açılıb. İlkin araşdırma deməyə əsas verir ki, həmin kanalı istismar edən idarə Bakı Sukanal İdarəsidir. Cinayət işi çərçivəsində kimin bu məsələdə günahkar olduğu üzə

"Rusiya Təhlükəsizlik Xidmətinin Yekaterinburqda yaşayan azərbaycanlılara qarşı keçirdiyi işgəncələrlə, qeyri-insani rəftarla və hüquqa zidd münasibətlə sərgilənən, azərbaycanlıların qətli ilə nəticələnən əməliyyat heç bir halda istintaq tədbirləri kimi təqdim edilə, qiymətləndirilə bilməz. Bu, birmənalı olaraq sifariş əsasında azərbaycanlıların qətlə yetirilməsi və digər azərbaycanlıların, eləcə də Rusiyada yaşayan digər xalqların nümayəndələrinin qorxudulması prosesidir". Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. O bildirib ki, Yekaterinburqda baş verənlər rus şovinizminin növbəti təzahürüdür: "Rusiya uzun müddətdir ki, özünün şovinist siyasətini gizlətmir, açıq şəkildə təqdim edir. Zamanında qeyri-dövlət orqanları tərəfindən

"Rusiyanın Yekaterinburq şəhərində yaşayan azərbaycanlılara qarşı zorakılıq edənlər dərhal məsuliyyətə cəlb edilməli və ən sərt şəkildə cəzalandırılmalıdırlar". Bu fikirləri Teleqraf-a açıqlamasında Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməliyyatı istintaq hərəkətləri kimi qəbul edilə bilməz: "Bu, işgəncə ilə müşayiət olunan zorakılıq aktıdır. Həmin hərəkətlər qanunazidd pozuntularla həyata keçirilib. Qarşı tərəf iddia edir ki, əməliyyat guya 21 il əvvəl baş vermiş qətlin motivləri əsasında aparılıb. İsgəncəyə məruz qalan, öldürülən şəxslər Rusiya vətəndaşları idilər, onlar istintaqa çağırılsaydılar, həmvətənlilərimiz sivil qaydada

"İyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və ağır bədən xəsarətləri nəticəsində yaralanması, saxlanılanlara xüsusi amansızlıqla işgəncələr verilməsi bizi dərindən narahat edir". Demokrat.az xəbər verir ki, bu sözləri açıqlamasında deputat Arzuxan Əlizadə deyib.  "Rusiya hüquq mühafizə orqanlarının bu şəkildə hüquqazidd davranışı və amansız rəftarı əməliyyatın sifariş əsasında həyata keçirildiyini göstərir. Azərbaycan Milli İstiqlal Partiyası Rusiya FTX-nın bu şəkildə qəddar fəaliyyətini qətiyyətlə pisləyərək həlak olan həmvətənlərimizin yaxınlarına başsağlığı verir və baş vermiş hadisə ilə bağlı təxirəsalınmaz araşdırılma

İyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və ağır bədən xəsarətləri nəticəsində yaralanması, saxlanılanlara xüsusi amansızlıqla işgəncələr verilməsi bizi dərindən narahat edir.Rusiya hüquq mühafizə orqanlarının bu şəkildə hüquqazidd davranışı və amansız rəftarı əməliyyatın sifariş əsasında həyata keçirildiyini göstərir. Azərbaycan Milli İstiqlal Partiyası Rusiya FTX-nın bu şəkildə qəddar fəaliyyətini qətiyyətlə pisləyərək həlak olan həmvətənlərimizin yaxınlarına başsağlığı verir və baş vermiş hadisə ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin dərhal məsuliyyətə cəlb