Deputat: “Sədərək”də, hadisə baş verən ərazidə liman tikiləcəyi ilə bağlı fikirlər həqiqətəuyğun görünmür
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş verən şiddətli yanğın barədə müzakirələr davam edir. Sözügedən ərazinin gələcəkdə guya Bakı Limanı ilə birləşdiriləcəyi səbəbindən hadisənin qəsdən törədildiyi barədə iddialar var. Mili Məclisin deputatı Arzuxan Əlizadə Pravda.az-a açıqlamasında deyib ki, baş verən yanğın hadisəsi barədə istintaq davam edir və istintaq yekunlaşandan, konkret orqanın rəyi olandan sonra düzünə və ya dolayı qəsd olub-olmadığı barədə fikir bildirmək olar. “Hadisə ehtiyatsızlıqdan, qısa qapanmadan da baş verə bilər. Belə hadisələrdən sonra cəmiyyətdə həmişə müxtəlif fikirlər
Rəşad Bayramov: “Çox güman ki, Minsk Qrupunun buraxılması ilə bağlı müsbət qərar qəbul ediləcək və veto qoyan olmayacaq”
Minsk Qrupunun və əlavə strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət əsasında irəli sürülmüş qərar layihəsi bu qurumun iştirakçı dövlətləri arasında yayılıb. Bunu xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetində prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib. Nazir qeyd edib ki, iştirakçı dövlətlər qərarın qəbulu üçün lazımı prosedurları dəstəkləməyə çağırılıb: “Qərarın sentyabrın 1-də qəbulu gözlənilir”. O da var ki, ATƏT-in qərarları konsensus əsasında qəbul edilir. Yəni üzv dövlətlərdən biri veto qoysa qərar qəbul olunmayacaq. Minsk Qrupunun 11 üzvü var.
Cənubi Qafqazda gərginlik yaratmaq istəyənlər qarşılarında Azərbaycanı görəcək – Deputat
Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycanın gələcək inkişaf strategiyası, Türk dünyası və bütövlükdə Avrasiya coğrafiyasında oynadığı əhəmiyyətli rolu və bununla bağlı beynəlxalq aləmə ciddi mesajlar verib. Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, Azərbaycan İkinci Qarabağ savaşından sonra yaratdığı reallıqlar dünya tərəfindən qəbul edilir və Bakı bu reallığın şərtlərinə uyğun olaraq yürütdüyü uğurlu diplomatiya nəticəsində öz hədəflərinə nail olmaqdadır: “Birincisi, Prezident hədəflərə xidmət edən siyasəti nəticəsində işğala son verərək Azərbaycanın suverenliyini bərpa edib. İkincisi, Azərbaycan bölgədə dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin
Paşinyanın bu açıqlaması qəbul edilə bilməz – Deputat
“Nikol Paşinyanın bu açıqlaması heç bir halda qəbul edilə bilməz. Ona görə ki, artıq çərçivə sənədi imzalanıb və sülh müqaviləsi imzalanandan sonra uzun müddət lazım olacaq ki, Azərbaycan xalqı ermənilərin bu illər ərzində etdiyi vəhşilikləri unutsun, qarşılıqlı anlayışla yaşamaq imkanı əldə edə bilsin. Bu onda mümkün olacaq ki, ermənilər əvvəllər olduğu kimi deyil, adekvat münasibət sərgiləmiş olacaqlar, düşmən mövqeyindən geri çəkiləcəklər. O halda münasibətlər müəyyən qədər normallaşa bilər”. Bunu Demokrat.az-a açıqlamasında AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, sülh müqaviləsi imzalanmadan Azərbaycan və
“Zəngəzur dəhlizi Cənubi Qafqaza davamlı sülh və sabitlik gətirəcək” – Deputat
“Azərbaycan İkinci Qarabağ müharibəsindəki şanlı qələbəsindən sonra Zəngəzur dəhlizi layihəsini irəli sürməklə qlobal masştabda diqqəti buna cəlb edə bildi. Bu gün kommunikasiya xəttinin açılması artıq böyük dövlətlərin, güclərin də marağındadır. İstər ABŞ, istər Böyük Britaniya, Çin, Türk dünyası üçün də bu layihə çox böyük əhəmiyyət kəsb edir”. Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə 8 avqust Vaşinqton görüşündən sonra Zəngəzur dəhlizinin reallaşması istiqamətindəki prosesləri şərh edərkən bildirib. Deputat söyləyib ki, dəhliz Türk dünyası, Asiya ilə Avropa arasında körpü rolunu oynayacaq: “Zəngəzur dəhlizinin açılması region ölkələri,
Londondan Bakıya strateji jest
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutini qəbul edib. Stiven Douti Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması ilə əlaqədar əldə olunmuş tarixi nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı, ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu bildirib. Qonaq, həmçinin Vaşinqtonda regional nəqliyyat bağlantıları ilə bağlı əldə edilmiş nəticələrin əhəmiyyətinə toxunub. Stiven Douti ötən il COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi və qazanılmış uğurlar münasibətilə təbriklərini
Deputat: “Azərbaycan qadınları Mehriban xanımı örnək alırlar”
“Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günü münasibəti ilə təbrik edirəm”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, Mehriban xanım sözün əsl mənasında müasir Azərbaycan qadınını təmsil edir: “O, işgüzar Azərbaycan qadının necə olmalı olduğunu çox gözəl göstərir. Yəni Mehriban xanım ailəsinə qayğı göstərməklə yanaşı, həm də uğurlu iş dünyasına sahibdir. O, cəmiyyət içində böyük nüfuza sahib əsl örnəkdir. Üstəlik, Azərbaycan qadınlarının böyük əksəriyyəti Mehriban xanımı özlərinə örnək