NIPA-30

Unudulmaz sənətkarımızın xatirəsi qəlbimizdə daim yaşayacaqdır – AMİP

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Rasim Balayev əbədiyyətə qovuşub.
​Rasim Balayev Azərbaycan mədəniyyət və incəsənətində dərin iz qoymuş, bənzərsiz istedadı ilə milyonların sevgisini qazanmış böyük sənətkarlarımızdandır. Onun xüsusilə tarixi qəhrəmanlarımızı canlandırdığı çoxsaylı obrazlar Azərbaycan kinosunun qızıl fonduna əbədi miras kimi həkk olunub. Çəkildiyi filmlərdə yaratdığı Babək, Nəsimi kimi obrazlar gələcək nəsillər üçün vətənpərvərlik və sənətkarlıq məktəbi olaraq qalacaqdır.
​Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədov və AMİP Sədri, millət vəkili Arzuxan Alizade böyük sənətkarın vəfatından dərin kədər hissi keçirdiklərini bildirir, mərhumun ailəsinə, yaxınlarına və bütün sənətsevərlərə dərin hüznlə başsağlığı verir, səbir diləyirlər.
​Unudulmaz sənətkarımızın xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Allah rəhmət eləsin!